Əsas Səhifə > Şou-biznes > "Toyların keçirilməsinə düşünülmüş şəkildə icazə verilmir"
"Toyların keçirilməsinə düşünülmüş şəkildə icazə verilmir"16-06-2021, 10:14 |
“Toyların, şou-proqramların keçirilməsinə icazə veriləndən sonra qonorarımı artırmayacağam”. Müğənni Nura Suri Meydan TV-yə açıqlamasında belə deyib. İfaçı pandemiya dövründə iş yerlərinin bağlı, insanların maddi durumunun qənaətbəxş olmadığını bildirib: “Restoranlar pul qazanmalıdır. Toy etmək istəyən insanların da vəziyyəti fərqli deyil. Camaat neçə aydır ki, işləmir. Pandemiyanın zərəri hamımıza dəyib. Bir-birimizə qarşı anlayışlı olmalıyıq”. Azərbaycanda iyunun 10-dan iri ticarət mərkəzləri də daxil olmaqla uzun müddətdir bağlı qalan bir sıra məkanlar, iş yerləri açılıb. İctimai iaşə müəssisələrinin məhdud iş rejimində çalışması barədə Operativ Qərargahın tətbiq etdiyi qayda isə ləğv edilməyib. Hələ ki kütləvi tədbirlərin - konsert, şou-proqramlar və toyların keçirilməsinə icazə verilmir. Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Meydan TV-yə bildirib ki, Operativ Qərargah toyların keçirilməsi ilə bağlı qadağanı ləğv etməlidir: “Toyların keçirməyə imkan verməmək, məntiqsiz bir qərardır. Bu, demoqrafik vəziyyətimizə böyük bir zərbə vurmaqdır. Toyların keçirilməsinə düşünülmüş şəkildə icazə verilmir. Gələcəkdə bu, Azərbaycan cəmiyyətində böyük bir problem yaradacaq”. Geri qayıt |