Əsas Səhifə > Şou-biznes > "Bu prosses incə və həssas məqamdır"

"Bu prosses incə və həssas məqamdır"


14-06-2021, 02:03
"Bu prosses incə və həssas məqamdır"
"Musiqi alətlərinin bərpası labaratoriyamızda 3 istiqamətdə gedir. Unudulmuş qədim musiqi alətlərinin bərpası, milli musiqi alətlərinin təkmilləşdirilməsi və Xalq çalğı alətləri orkestri üçün yeni musiqi alətlərinin yaranması. Bu işlərin hər biri zərurətdən yaranır, çox önəmli və vacibdir. İndiyə qədər heç vaxt bərpa olunmayan 25-ə yaxın musiqi alətini bərpa etmişik"

Bunu Moderator.az-a açıqlamasında Milli Konservatoriyanın Elmi Tədqiqat labaratoriyasının rəhbəri Məmmədəli Məmmədov deyib. O, daha sonra əlavə edib.

"Həmin bərpa etdiyimiz musiqi alətləri Heydər Əliyev mərkəzində, Beynəlxalq Muğam Mərkəzində, Şirvanşahlar sarayında və s.regioan muzeylərində sərgilənir. Bütün bu işləri biz Milli Konservatoriya ilə Beynəlxalq Muğam Mərkəzi arsında imzalanmış memoranduma əsasən icra edirik. Xalqımız bu musiqi alətlərinin bərpasına çox önəm verir. Biz hətta bu bərpa etdiyimiz musiqi alətlərindən "Əsrlərin sədası" adlı musiqi ansamblını da yaratmışıq. Bu ansambl Heydər Əliyev mərkəzində Nəsimi ilinə həsr olunmuş tədbirin açılış və bağlanışında çox uğurla çıxış edib. O ki, qaldı musiqi alətlərinin bərpasına.

Bu prosses incə və həssas məqamdır. Öncə onu qeyd edim ki, biz bu alətlərin bərpasında bu mövzuda yazılan kitablardan, əsərlərdən bəhrələnib, istifadə edirik.Əsaslandığımız mənbə olduğu üçün bu işləri arxayın şəkildə görürük. Alətin quruluş sxemi çəkilir, ölçü sistemini müəyyən edərək, işə başlayırıq. Biz bilirik ki, musiqi alətləri adətən dana, ceyran və balıq dərisindən hazırlanır, bu faktlar da işimizə asanlıq gətirir. Bərpa işi çox uzun prossesdir. Elə musiqi aləti var ki, 1 il onun üzərində işləyirik. Dahi sənətkarlarımız Zülfüqar Hacıbəylinin kamançasını, tarını və Özbəkistan zəhmətkeşlərinin dirijor Niyaziyə hədiyyə etdiyi tar musiqi alətlərini bərpa edərək, yenidən Milli tarix muzeyinə təhvil vermişik. Bu musiqi alətlərinin pərdələri, dəriləri və aşıqları sıradan çıxmışdı. Bu işləri görəndə fikirləşirəm ki, onların ruhları şaddır. Çünki bir zamanlar onlar bu musiqi alətlərini sinələrinə basaraq, insanlara ifaları ilə böyük sevinc bəxş ediblər Əlbəttə ki, biz bu işlərdə heç bir təmənna güdmürük. Nə yaxşı ki, bu tarı, kamançanı mən bərpa edirəm deyə bir xoş hiss keçir içimdən hər zaman" deyə Məmmədəli Məmmədov bildirib.

Geri qayıt