Əsas Səhifə > Şou-biznes > "Rasim Balayevlə mən nə deyiriksə, cavanların xeyrinə, inkişafı üçün deyirik"

"Rasim Balayevlə mən nə deyiriksə, cavanların xeyrinə, inkişafı üçün deyirik"


9-06-2021, 12:53
"Rasim Balayevlə mən nə deyiriksə, cavanların xeyrinə, inkişafı üçün deyirik"
“Rasim Balayevlə mən nə deyiriksə, cavanların xeyrinə, inkişafı üçün deyirik. Yaxşını qılınclamağın heç bir mənası yoxdur. Gərək pis şeyləri deyəsən ki, onu düzəltsinlər”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov aktyor Elməddin Cəfərovun onun haqqında dediklərinə münasibət bildirərkən deyib:

“Rasim Balayevlə mən nə deyiriksə, cavanların xeyrinə, inkişafı üçün deyirik. Yaxşını qılınclamağın heç bir mənası yoxdu. Gərək pis şeyləri deyəsən ki, onu düzəltsinlər. Elə oldu ki, Elməddinlə “Qış nağılı” filmində çəkiləsi olduq və bir ay Qəbələdə qaldıq. Orda mən Elməddinin potensialını gördüm. Məlum oldu ki, sən demə bunların düz sssenarisi, rejissoru olanda çox lazımlı və gərəkli iş görə bilirlər. Mən bunun şahidi oldum. Həmişə demişəm ki, kino, teatr sənəti rejissor sənətidir. Aktyor isə rejissorun birnömrəli “silahıdır”. O “silahdan” gözəl istifadə edən rejissor olanda rejissorla aktyorun vəhdətindən və üstəgəl gözəl bəddi sənət əsərindən gözəl film çəkmək olur. Elməddindən xahişim odur ki, özünü çox istismar etməsin. Başa düşürəm ki, dolanmaq da lazımdı. Azərbaycanda Elməddin və ona oxşayan uşaqlar tanınan və qəbul olunan uşaqlardılar. Onlar gündəmdə olduqları üçün məsuliyyətləri birə yüz artır. Bizdən sonra gələn nəsil də onlardı. O ədəb, ərkan, qayğıkeşliyi ki, böyük ustadlardan görmüşük, indi növbə bunlarındı. Bu gün xalq onlardan yaxşı film tələb edir. Bizim arzumuz budur ki, sənətimiz peşəkar və məsuliyyətli insanların əlində olsun. İşə həyatını qurban versinlər, ona gəlir yeri kimi baxmasınlar”.

Şeyx Əbdül erməni təxribatlarından da danışıb və artıq humanistlik etməyimizə son verilməsini təklif edib:

“Bu humanistliyi, tolerantlığı, xeyirxahlığı görüm lənətə gəlsin. Qardaş, bu lənətəgəlmişlərin bir əndazəsi, nizam tərəzisi yoxdu? Bu ancaq bizim xalqın alnına yazılıb? Biz onsuz da humanistik, xeyirxahıq, qapılarımız min illərdi qonağın üzünə açıq olub. Bu artıq bizim milli-mentalitetimiz, ənənəmizdi. Dünyada yeganə xalqıq ki, hər şeyi qonaq üçün edirik. Axı bu ermənilər qonaq deyil. Bunlar başımızı kəsir, uşağımızı oğurlayır, ərazilərimizdə mina basdırıb insanlarımızı qırır. Amma biz yenə də deyirik ki, dünya görsün ki, biz tolerantıq. Dünya bizi görmür və heç görməyəcək də Çünki dünya bizə nifrət edir, türksən, yeddi yüz il dünyanın anasın ağlatmısan. Sən müsəlmansan hər şey sənə doğru gəlir. Allahın rızasıyla gələcəyin sahibi müsəlmandı, Məhəmməd Peyğəmbərdi. Bunun da başında əzəmətli bir türk xalqı dayanır. Əlimdə Balayanla, Ohanyanla bağlı sənədlər var. Bunların dediklərini dərsliyə salıblar və deyirlər ki, erməni uşağı dünyaya gələndə qanlı-qanlı ona türk sənin düşmənindi deyirlər. Son nəfəsinə qədər türkü öldürməlisən ki, rahat yaşayasan. Bunlar gecə-gündüz bunu təbliğ edirlər, amma biz deyirik ki, yox, səni sevəcəyəm, sən sevməsən də. Nəticədə isə erməni qudurur, xaricdə işləyən ermənilər ölkəsinə pul göndərib bizə qarşı təbliğat aparırlar. Amma bizim məmurlar isə Azərbaycanı saymır, ölkəni çapıb-talayıb xaricə göndədirlər. Dünyada 90 milyona qədər türk, 50 milyona yaxın isə Azərbaycan türkü var. Xahiş edirəm ki, balalarımızı şəhid, şikəst edən düşmənə qarşı bəyanat verək. Deputatlarımız danışanda “erməni xalqı” deyirlər. Bunlar bunu hardan oxuyublar?! Belə millər var?! Onlara belə demək lazım deyil. Nə belə bir dövlət, nə də xalq var. Dünyanın harasında olmasından asılı olmayaraq bir azərbaycanlı öldürülürsə, əvəzində bir erməni ölməlidir”.


Geri qayıt