Əsas Səhifə > Şou-biznes > "Təqaüd fərli-başlı deyil, 260 manatla dolanmaq olar?"

"Təqaüd fərli-başlı deyil, 260 manatla dolanmaq olar?"


3-06-2021, 08:31
"Təqaüd fərli-başlı deyil, 260 manatla dolanmaq olar?"
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi musiqi işçilərinə iyun ayında bir dəfəyə 3 min TL (591 manat) dəstək verəcəyini açıqlayıb.

Bunun səbəbi koronavirus pandemiyası səbəbilə musiqiçilərin işsiz qalmasıdır. Bu barədə nazirlik "Tvitter"də açıqlama yayıb.

Açıqlamada deyilir:

"Musiqi işçilərimizə "Musiqi susmasın!" şüarı iyun ayında 3 min TL-lik ödəmə ediləcək. Ümumi dəstək miqdarını təxminən 250 milyon TL-yə qədər artıra bilərik".

Məlumdur ki, Azərbaycanda bir ildən artıqdır ki, pandemiya səbəbilə toy və nişan mərasimləri keçirilmir. İndiyədək bir çox müğənni buna etirazını bildirib. Bur çox müğənnilər toyların başlamaması səbəbindən xaricə üz tutub, bir qismi digər bizneslə məşğul olmağa başlayıb.

Maraqlıdır, pandemiya səbəbilə çox ziyan görən bu qisim bu qərar nə düşünür?

Cebhe.info bununla bağlı sorğu keçirib.

*Müğənni Nura Suri sentyabradək bu tipli sualları cavablandırmayacağını qeyd edib:

"Mən sorğuda iştirak etmirəm. Ümumiyyətlə, sentyabradək müsahibə, sorğuda iştirak etməyəcəyəm. Hazırda da salondayam və sizi eşitmirəm".

*Şou biznesdə “Əjdaha” ləqəbi ilə tanınan müğənni Nadir Qafarzadə isə saytımıza açıqlamasında deyib ki, Azərbaycanda toyların açılmaması səbəbindən hazırda Rusiyadadır:

"Vallah, mən danışanda problemlər yaranır. Hazırda Rusiyadayam. Bilirsiniz, pulsuzluğa dözmək olur, işsizliyə dözmək olmur. Kişi evdən çıxar, axşam pul qazanıb gələr. Biz 1 ildir, pul qazana bilmirik. Problemlər yaranır. Pandamiya başlayanda dövlət vergi ödəyicisi kimi 681 manat ödədi. Onunla da bitdi. Onsuz da biz taleyimizlə barışmışıq. Şükür Allaha burada toy da, konsert də var. Burada həyat davam edir. İnsanlar əvvəlki həyatını yaşayır".

*Əməkdar artist Firuzə İbadova isə dolanışıq çətinliyindən şikayətlənib:

"İnsan qida ilə yaşayır. Mənim 5 manatım varsa, onu xərcləyim, o da qurtarandan sonra nə yeməliyəm? Əlbəttə, bizə dəstək olunmalıdır. Bu işlərlə məşğul olan məmur olmayıb.

Ömürboyu mən oxumuşam, ali savadlı musiqiçiyəm, ticarətçi deyiləm, həkim deyiləm. Mən nə ilə dolanmalıyam. Yaşad olandan sonra fərli-başlı təqaüdüm olmalıdır. Axı təqaüd də fərli-başlı deyil, 260 manatla dolanmaq olar? 100 manat da Əməkdar artist adı üçün verilir, bu da 360 manat edir. Mən 360 manatla ailəmi saxlaya bilərəm? Nə isə bir qərar olmalıdır. Mədəniyyət üzrə bir şəxs olmalıdır ki, bu işləri toparlasın. Xalq artistlərinin çoxu yaxşı yaşayır. Xalq artisti var ki, 5 ildir çıxıb Xalq artisti adını alıb, mənim kimi 50 ildir sənətdə olanlar 100 manat pula baxır. Belə olmaz..."

Geri qayıt