Əsas Səhifə > Şou-biznes > "Bir dəfə məni bağına dəvət etmişdi, Şahnaz xanımı da götürüb getdim, ona kabab çəkdim, dedi ki..."

"Bir dəfə məni bağına dəvət etmişdi, Şahnaz xanımı da götürüb getdim, ona kabab çəkdim, dedi ki..."


31-05-2021, 09:48
"Bir dəfə məni bağına dəvət etmişdi, Şahnaz xanımı da götürüb getdim, ona kabab çəkdim, dedi ki..."
"Sara xanım bizim əfsanəvi sənətkarımız, mənim şəxsən tanıdığım insandır. Hər gün mənə zəng edirdi, əhvalımı soruşurdu, mənə mənəvi dəstək olurdu. Deyirdi ki, səni o qədər istəyirəm ki, sənə görə Peteqorskiyə ayağı yalın gedərəm, piyada gedərəm ehtiyac olsa. Bu qədər mənə hörməti var idi Sara Qədimovanın. Mənə deyirdi ki, səni bilirsən niyə çox istəyirəm? Çünki sən Şövkət xanımı unutmursan, ona vəfalısan, ona görə səni çox istəyirəm. Hər zaman deyirdi ki, özünü qoru"

Bunu Moderator.az-a əməkdar artist Aybəniz Haşımova Xalq artisti, muğam ustadı Sara Qədimovanın doğum günündə danışıb. O daha sonra əlavə edib.

"Bir dəfə məni bağına dəvət etmişdi, Şahnaz xanımı da götürüb getdim. Mən ona kabab çəkdim, dedi ki, ay Aybəniz, nə gözəl kabab çəkirsən?! Sonra samovar qaynatdım, çay dəmlədim. Bağında gözəl bir ərik ağacı var idi, deyirdi ki, elə yaxşı ağacdır bu, ərik bar gətirəndə gələrsən. Bağı çox sadə idi, amma gözəl havası var idi. Onunla söhbət etmək, danışmaq çox maraqlı idi. Ümumiyyətlə Sara xanım çox dəyərli insan, dost idi. O aramızda olan yaş fərqini çalışırdı ki, hiss etdirməsin.Buna görə də sənə dost ola bilirdi.

"Xəstə olanda yanına getmişdiniz? Ümumiyyətlə sonuncu görüşünüzü necə xatırlayırsız?" sualına isə Aybəniz Haşımova belə cavab verib.

"Mən özüm o vaxtlar xəstəxanada idim, səhhətim də pis idi, həyatla ölüm arasında mübarizə aparırdım. Ona görə də Sara xanımı ziyarət edə bilmədim. Bir də eşitdim ki, Sara xanım dünyasını dəyişib" deyə əməkdar artist cavab verib.

"Sara xanım o şanslı sənətkarlardandır ki, tamaşaçısı hər zaman onu axtaracaq. Hər dəfə yeni nəslin qarşısına o gözəl, ecazkar səs çıxdıqda mütləq ayaq saxlayıb onu dinləyəcəklər. Allah ona qəni-qəni rəhmət etsin, qəbri nurla dolsun" deyərək sözünü bitirib əməkdar artist.


Geri qayıt