Əsas Səhifə > Şou-biznes > “Ermənilər tam arxayın idi ki, Azərbaycan artıq o yerlərə əlvida deyib...”

“Ermənilər tam arxayın idi ki, Azərbaycan artıq o yerlərə əlvida deyib...”


29-05-2021, 11:52
“Ermənilər tam arxayın idi ki, Azərbaycan artıq o yerlərə əlvida deyib...”
“Ermənilər arxayın idilər ki, torpaqlar onlarındı. Çünki mən yanvarın 30-da Qubadlıya getdim və orda Milli Qəhrəman Əliyar Əliyevin və 28 il həsrətində olduğum 9 yaşlı oğlumun qəbrini ziyarət etdim. Orda həm də bəzi şeylərin şahidi oldum. Ermənilər orda əkin sahələri, bağlar salıblar və arxayın olmuşdular ki, torpaqlar onlarındı”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ağalar Bayramov deyib. A.Bayramov dövlətimizin həmişə düşmənə layiqli cavab verdiyini bildirib:

“Markın sözü var, deyir ki, “elə şeylər var ki, məhkəmə, sülh yoluyla yox, qanla həll olur”. Bunun bariz nümunələrindən biri bu otuz il ərzində ATƏT-in Minsk qrupunun başımızın altına yastıq qoyması idi. Guya sülh yaradacaqdılar və buna da ermənilər öyrəşdi. Ermənilər arxayın idilər ki, torpaqlar onlarındı. Çünki mən yanvarın 30-da Qubadlıya getdim və orda Milli Qəhrəman Əliyar Əliyevin və 28 il həsrətində olduğum 9 yaşlı oğlumun qəbrini ziyarət etdim. Orda həm də bəzi şeylərin şahidi oldum. Ermənilər orda əkin sahələri, bağlar salıblar və arxayın olmuşdular ki, torpaqlar onlarındı. İndi isə birdən-birə məğlubiyyəti həzm edə bilmirlər. Təbii ki, bizim ölkə başçımız çox təmkinlə, səbrlə bu işlərə yanaşır. Amma mən çox arxayınam ki, bu belə davam edə bilməz, o təxribatların cavabı veriləcək. Necə ki, son günlər Kəlbəcərdə mina basdırmağa cəhd edən erməni diversantlarını bizim hərbçilərimiz zərərsizləşdirdi. Təbii ki, dünya hay-haray salacaq. Biz 30-40 il öncə tək idik. İndi o dırnağarası kollektiv təhlükəsizlik müqaviləsi bağalayan dövlətlərin hamısından bizə bir qardaş Türkiyənin dəstəyi bəsimizdi. Düşmənə bir-iki dəfə xəbərdarlıq etmək olar və son söz Azərbaycan əsgərinindi. Həmişə belə olub. İşğalçını işğal olunmuş ərazidən ancaq qanla çıxarıblar. Bir şairin şeirində deyilir ki:
Mənim qafam qanla dolmuş çanaqdı,
Gözlərimi qan tutubdu, ana, qan.
Əlim-üzüm sinəm qanaq-qanaqdı,
Axır sözüm qana-qandı, qana-qan.
At oynadan, qan eyləyən könüldü,
Canım gözüm, nə inişil, nə bildir,
Qan veririk bu torpaqda min ildi,
Bayrağa qan, imana qan, dinə qan...”.

Böyük Səməd Vurğun “Azərbaycan” şeirində deyir ki:

"Bilinməyir yaşın sənin,
nələr çəkmiş başın sənin...”

1803-cü ildə Cavad xan Sisyanovun ultimatomlarına qarşı sinə gərdi, öz ömür-gün yoldaşı və tərəfdarları ilə birlikdə təslim olmadı və sona qədər döyüşdü. O gündən bu günə kimi başımıza çox qanlar gəlib və hələ bu davam edir. Amma fərq ondadır ki, indi Azərbaycan o Azərbaycan deyil. Təbii ki, bizə caynaq uzadan Fransa kimi erməni havadarı olan dövlətlər də var. Çünki onlar yaradıb Ermənistan adlı dövləti, əslində bu adda dövlət olmayıb”

A.Bayramov Ermənistan adlı dövləti Rusiyanın yaratdığını və indi də onun nazıyla oynadığını bildirib:

“Ermənistan Rusiyanın məşuqəsidir. Kənar həmişə nədənsə əldəkindən şirin olur. İndi o onlara da şirindi. Rusiya Ermənistan adlı dövlət yaradıb və onun da nazıyla oynamalıdır. Amma Azərbaycan da Cənab Prezidentimiz başda olaqla öz siyasətini davam etdirir. Bu siyasəti Ali Baş Komandan çox düzgün aparır və mən onun bu siyasətini dəstəkləyirəm”.

A.Bayramov deyib ki, Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad etdik:

“Xatırlayırsınızmı ki, ötən il Paşinyan Şuşada yallı gedəndə hamı qışqırırdı. Amma Cənab Prezident təmkin göstərdi və həyat göstərdi ki, sən demə torpaqların işğaldan azad edilməsi istiqamətində iş gedir. Çünki o, Ulu Öndər Heydər Əliyevin oğludur. Heç narahat olmağa dəyməz. Ermənilərin qarşısı alınıb, amma alınacaq da. Çünki güclü ordumuz və haqq dəstəyimiz var. Azərbaycanımızın mərd, güclü oğulları var. Məsələn, görün bunlar nə qədər qudurub ki, Qubadlıda bir erməni fransa sortu olan hektarlarla alma bağı salmışdı. Qəzyan kəndinə getmişdik və orda bir evdə Arsaxın möhürü və sənədlərini gördüm. Sonradan məlum oldu ki, bura kəndin icra nümayəndəliyi imiş. Biz otuz il fasilə verdik və buna da məcbur idik, çünki güclənməliydik. Otuz il az müddət deyil və bu illər ərzində gənclərimiz yetişdi. Ermənilər isə tam arxayın idi ki, Azərbaycan artıq o yerlərə əlvida deyib. Sevindirici bir halda var ki, Qarabağı görməyən oğullarımız o torpaqlar uğrunda şəhid oldu. Dünyanın heç bir yerində qeydə alınmayıb ki, ölkədə müharibə olsun və xalq sevinsin. Bax bu Vətən savaşında baş verdi. Şəhidlər verdik, amma gör birimiz uf dedikmi, xeyir. Ona görə narahat olmağa dəyməz. Xocalıda, Xocavənddə Azərbaycan dövlətinin qanunları bərpa olunana qədər hələ bu cür təxribatlar olacaq. Elə bilirsiniz ki, ermənilərin havadarlarının xoşuna gəlir Azərbaycanın güclü olması? Ətrafımıza baxın, hamısı mehriban düşməndi. Qonşularımızın hamısına yaxşlıq etmişik, amma əlimizin duzu yoxdu, daşımız ağırdı. Hamısı bizə mehriban düşməndi. İndi görün biz hansı coğrafiyada yaşayırıq. Bunun altından çıxmağa isə birlik, hünər, böyük siyasət və güclü ordu lazımdı. Eşq olsun Azərbayca Ordusuna, Müstəqil Azərbaycana və Ali Baş Komandana!”.


Geri qayıt