Əsas Səhifə > Şou-biznes > "Rəqsanə düz deyir, Moskvada özlərin yaxşı aparmırlar"
"Rəqsanə düz deyir, Moskvada özlərin yaxşı aparmırlar"30-04-2021, 17:16 |
Müğənni Şəbnəm Tovuzlu həmkarı Rəqsanə İsmayılovanın tənqidi fikirlərinə münasibət bildirib. Lent.az xəbər verir ki, “Birə-bir” verilişində bu sözləri vurğulayıb: “Rəqsanə xanımın dediyində həqiqət var idi. Onun nəzərdə tutduğu adamlar sırasına biz aid deyilik. Söz yiyəsi sözünü götürdü. Hər zaman Moskvaya el şənliklərinə getmişik. Kişisindən, qadınından aslı olmayaraq, Moskvaya getdinsə, adını qorumalısan. Rəqsanə xanıma 50 faiz haqq qazandırıram. Düz deyir. Orda özünə hörmət qoymayan bir neçə sənət dostumuz var. Sadəcə, mən Rəqsanə xanıma dedim ki, bəlkə ad çəkəsəniz? Onun dediyi söz bizə aid deyil”. Qeyd edək ki, Rəqsanə Moskvada çıxış edən azərbaycanlı müğənnilər barədə bu sözləri demişdi: "Gəlmisiz məclis oxuyasınız, başqa hərəkətlər etməyə gəlməmisiniz. Sözüm kimədirsə, götürəcək. Üç-dörd gün əvvəl eşitdiyim sözə görə bunları deyirəm. Əgər yenə eşitsəm, həmin insanların adını açıqlayacam, deyəcəm, yiyələri gəlib onları buradan aparsın. Pulu sevməyin, hər zaman olacaq, ruzini Allah verəcək. Mən 10-15 il oxumasam, acından öləsi biri deyiləm. Bəlkə tək olsam gəlib kafedə oxuyardım, amma sizin oxuduğunuz kafelərə baxanda adam utanır. İndi elə xalq artistləri var ki, bir toy idarə edə bilmir. Ad almaq o demək deyil ki, sənəti var. İndi heç bir toydan qıtlıq çəkmirəm. Gedib 50-60 min rubla konsert vermirəm. Konsert kafedə yox, sarayda olar. Burada konsert verən müğənnilərdən əvvəl o təklif mənə gəlib. Nə övladıma imkan vermişəm, nə də özüm etmişəm. Bilirəm, bir ildən çoxdur toy, iş yoxdur. Bura pul qazanmağa gəlirsiz. Ömrüboyu pul qazanan musiqiçi puldan ötrü bir-birini qırır. Bəs, fəhlə nə etsin? Bakıda toy üstündə bir-biri ilə dalaşanlar, hamısın gətirib Rusiyaya çıxarmısınız. Burada dava yox idi, indi Bakıda olanları burada yaşayırsınız. Pul üstündə bir-birilərini qırırlar. Bilirəm, hamınızın övladı, ailəsi, krediti var. Amma gəlin qazanın, ağılla-başla. Damağınızda siqaret, oturursuz kişilərin içində. Siqareti kişi çəkər. Mən də musiqiçilərlə çalışıram. Hamısını gəlib danışırlar. Yoldaşınıza kənardan kimsə baxıb ələ salmasın". Geri qayıt |