Əsas Səhifə > Şou-biznes > “Mənim 41 yaşım var, övladlığa götürüləcək yaşda deyiləm, bunu yazan bisavad jurnalistdir"

“Mənim 41 yaşım var, övladlığa götürüləcək yaşda deyiləm, bunu yazan bisavad jurnalistdir"


14-04-2021, 09:04
“Mənim 41 yaşım var, övladlığa götürüləcək yaşda deyiləm, bunu yazan bisavad jurnalistdir"
“Mən əmilərimin hamısını çox istəmişəm, həmçinin də Rəmiş əmimi. Onlar mənim atamın qardaşları, bizim isə canımız-ciyərimizdir. Mən heç vaxt onu əmi gözündə görməmişəm, yalan deyərəm, biz onunla dost olmuşuq, bir-birimizə də “qardaş” deyə müraciət etmişik hər zaman. Sözlərimizi, sirlərimizi bölüşmüşük, danışmışıq, zarafatlarımız olub. Rəmiş heç vaxt ikili obraz oynamırdı, hamının tanıdığı kimi idi. Onu siz necə tanıyırdınızsa evdə də elə idi, çöldə də. O bir fenomen idi. Yazırlar ki, Rəmiş Gülablıda anadan olub. Bu yalan sözdür. O Ağdamda anadan olub. Ata nənəmizin ulu babası aşıq olub. Rəmiş sübh tezdən saat 6-da qarpız da yeyib suyu mənim üstümə tökə bilərdi ki, dur gəl, bir yerdə qarpız yeyək, bu hadisə olub, Rəmiş gecə saat 5-də yıxılıb yata da bilərdi, yaxud da gecə saat 12-də yuxudan ayılıb gitarasında, sintezatorunda ifa da edə bilərdi. Bu insan hansı saatda yatmağından asılı olmayaraq onun barmaqları işləyirdi. Elə olub ki, biz saatlarla oturub onun barmaqlarına baxmışıq. Yuxuda belə bu adam ifa edirdi”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rafiq Hüseynovun (Rəmiş)-in qardaşı qızı Günel Hüseynova bildirib. O daha sonra Gülünün onu övladlığa götürməsi ilə bağlı sualı da cavablandırıb.

“Mənim 41 yaşım var, övladlığa götürüləcək yaşda deyiləm. Bu yazını yazan bisavad jurnalistdir. Övladlığa götürmək elə də asan prosses deyil. Övladlığa götürmək üçün qəyyumluq idarəsinə müraciət olunmalıdır, məhkəməyə və s. instansiyalar var. Bir növ araşdırıb bunu yaza bilərdilər. Gülü xanım bunu mənəvi şəkildə övladlıq kimi nəzərdə tutub. O bizə Rəmişin əmanətidir, yadigarıdır. Rəmişi əməkdar və xalq artisti edən, Rəmişə ikinci həyat verən Gülü olub. Buna görə də biz ona borcluyuq, minnətdarıq, hər zaman yanındayıq” deyə Günel xanım bildirib.

Geri qayıt