Əsas Səhifə > Şou-biznes > Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi12-04-2021, 11:36 |
Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub. Axşam.az-ın əldə etdiyi məlumata görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır. Xəstəxanadan Axşam.az-a verilən məlumatda bildirilib ki, müğənninin hazırda durumu yaxşıdır. Onun hərarəti normala düşüb. Əməkdaşımız N.Musayevlə əlaqə saxlasa da, o, bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib. Geri qayıt |