Əsas Səhifə > Şou-biznes > "Gündə 500-dən çox gizli toy olur..."
"Gündə 500-dən çox gizli toy olur..."5-04-2021, 16:29 |
Müğənni Xatirə İslam toylarla bağlı qalmaqallı iddia ortaya atıb. KONKRET.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında Azərbaycanda gün ərzində 500-dən çox gizli toy keçirildiyini yazıb: “Bu gizli toylar nə qədər davam edəcək? Buna ya icazə verilməli, ya da qarşısı alınmalıdır. Hər kəsdən xahiş edirəm ki, toylara tam icazə verilmədən məni heç bir dostum, tanışım, yaxınım, hətta toyumuza gələnlər belə öz gizli keçirdikləri toylarına dəvət etməsinlər. Mən qayda-qanun adamıyam. Getdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün”. Geri qayıt |