Əsas Səhifə > Şou-biznes > "Canım o qədər yanır ki, sözlə ifadə etmək mümkün deyil"
"Canım o qədər yanır ki, sözlə ifadə etmək mümkün deyil"5-04-2021, 09:48 |
“Dünyanı boz görürəm, sanki bütün gözəl rənglər səninlə birgə yoxa çıxıb. Mən bilmirəm, necə özümə gələcəm, nə vaxt ayağa qalxa biləcəm”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva fevralın sonlarında qəflətən dünyasını dəyişən qardaşı, tanınmış stilist Balaş barədə açıqlamasında deyib. İfaçı instaqram platformasında post paylaşaraq Balaşın ölümündən qırx gün keçdiyini bildirib. Qardaşının vəfatı günü sosial şəbəkələrlə vidalaşan Xatun qeyd edib ki, çətin günlər yaşayır: “Artıq 40 gün keçdi. Sənsiz yaşayıram. Canım o qədər yanır ki, sözlə ifadə etmək mümkün deyil. Mənim əvəzolunmazım, dərd ortağım, məsləhət yerim, göznurum, atam, anam, dostum, qardaşım, can parçam. Sənsiz bir boşluğun içində dağılan parçalarımı toplamağa çalışıram. Sənin iki gül balan indi mənim ən böyük təskinliyimdir. Rəbbim mənə güc, möhlət, imkan versin, körpələrin üçün arzuladığın həyatı onlara yaşada bilim. Gözəl qızların Allaha, sonra da mənə əmanətdir. Nurlar içində yat”. Geri qayıt |