Əsas Səhifə > Şou-biznes > “44 illik evliliyimizdə həmişə hər kəsə nümunə olduq...”

“44 illik evliliyimizdə həmişə hər kəsə nümunə olduq...”


2-04-2021, 12:22
“44 illik evliliyimizdə həmişə hər kəsə nümunə olduq...”
“Həyatda heç nə gözlənilməz deyil, Allah verdiyi ömrü alır və heç kim bu dünyada qalmayacaq”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Səkinə İsmayılova həyat yoldaşının dünyasını dəyişməsinə münasibət bildirərkən deyib. Muğam ifaçısı həyat yoldaşının ona həmişə dəstək olduğunu bildirib:

“Həyatda heç nə gözlənilməz deyil, Allah verdiyi ömrü alır və heç kim bu dünyada qalmayacaq. Əsas odur ki, yaxşı insan olub rəhmət qazanmaqadı. Biz 44 illik evliliyimizdə həmişə hər kəsə nümunə olduq. Nəslimizdə bundan önrək kimi hər kəs bəhrələndi. Musiqi ictimaiyyətində də sənətə gəldiyim ilk gündən ailəli idim. Onda gənc nəsilə bunu izah edə bildim ki, əsl xanım ailəni də, sənəti də yürüdə bilər. Buna görə öz tələbələrimə də hər zaman deyirəm ki, ailə şərəfi hər şeydən üstün olmalıdır”.

Qeyd edək ki, Xalq artisti Səkinə İsmayılovanın həyat yoldaşı martın 2-də dünyasını dəyişib.


Geri qayıt