Əsas Səhifə > Şou-biznes > "Ay jurnalist, bunu dəqiq və ətraflı öyrən, daha sonra paylaş da..."

"Ay jurnalist, bunu dəqiq və ətraflı öyrən, daha sonra paylaş da..."


25-03-2021, 15:53
"Ay jurnalist, bunu dəqiq və ətraflı öyrən, daha sonra paylaş da..."
“Nazpəri xanımla bir-birimizə hörmətimiz var, uzun illərdir ki, sənət dostuyuq. Allah ona səbr versin, oğlunun ruhu şad olsun. Bir neçə gün bundan əvvəl avtomobillə yol gəlirdim, İctimai televiziyanın radiosunda Nazpəri xanımın şən, məhəbbət dolu mahnıları səsləndirilirdi. Nazpəri xanımın gözündən yaş yerində, qan axdığı bir zamanda bu çox vacib idimi? Həqiqətən də bu hal mənə çox qıcıq verdi, nə qədər vacib idi bu? Adını radio aparıcısı, dj qoymusan, bunu idarə etmək o qədərmi çətindir? Niyə insanın dərdinə şərik olmaq əvəzinə ona nifrət qazandırırsan? Tamaşaçı da deyir ki, 41 yaşında oğlu dünyasını dəyişib, bunun kef etməyinə bax. Bu da sənin kimi aparıcıların, ucbatından baş verir, tamaşaçı qınayır onu. Ayıbdır, vallah belə hərəkət etmək olmaz. Siz bilirsiz ki, televiziyalarda Novruz bayramı efiri öncədən çəkilir, çətindirmi Nazpəri xanımı o verilişdən çıxarmaq? Mənə deyirlər ki, qorxmursanmı həmin televiziya sənə qadağa qoyar? 3 ildən çoxdur ki, İctimai televiziyada yoxam, bundan sonra əgər mənə qadağa qoysalar da cəhənnəmə qoysunlar. Heç efirə çıxmaqdan ötrü ölmürəm də. Məni bu gün mütəmaddi efirə dəvət edən telekanalların da bu cür səhvi olsa onu da demək iqtidarındayam. Mən heç vaxt “zapret”ə yaxud qeyri-“zapret”-ə əsaslanıb müsahibə vermirəm”

Bunu Moderator.az-a açıqlamasında tanınmış tar və gitara ifaçısı Rəhman Məmmədli deyib. Sənətçi daha sonra səriştəsiz jurnalistlərdən gileylənib.

“ Nazpəri Dostəliyevanın oğlunun ölüm xəbəri yayılanda özünə jurnalist deyən şəxslər onun ölən yox, yaşayan oğlunun şəkilini götürüb paylaşmışdı. Ay jurnalist, bunu dəqiq və ətraflı öyrən, daha sonra paylaş da. Bir-iki saatını bu işə sərf etsən nə itirəcəksən? Son günlər bir neçə bu cür hallara şahid oluram. Məhərrəm Xələfov adında çox gözəl skripka ifaçısı var, bir Ağabala qardaşımız da var, o indi yox, çoxdan rəhmətə gedib, götürüb bunu Məhərrəm Xələfovu bilərəkdənmi, bilməyərəkdənmi elə formada paylaşıblar ki, hamımız dəhşətə gəldik. Onlar görəsən fikirləşmirlər ki, bu xəbərdən həmin insanların ailə üzvləri nə hala qala bilər? Rəmiş haqqında da həftə 7 mən 8 ölüm xəbərini yayırlar. Siz bununla nə qazanırsız? Ay jurnalist, get ən yaxınlarının, əzizlərinin ölüm xəbərini yayımla da! Belə hallarla üzləşəndə dözə bilmirəm, kobud oluram, yaşımın elə vaxtıdır ki, susa bilmirəm” deyə Rəhman Məmmədli bildirib.

Geri qayıt