Əsas Səhifə > Şou-biznes > "İndi bir arzum var, o da..."

"İndi bir arzum var, o da..."


22-03-2021, 08:46
"İndi bir arzum var, o da..."
“Artıq 59 ildir ki, Akademik Milli Dram Teatrında çalışıram. Hər dəfə yeni tamaşaya çıxanda elə bilirəm ki, ilk dəfədir səhnəyə çıxıram. Bu böyük bir məsuliyyətdir, çünki tamaşaçının aktyordan gözləntiləri çox olur. Bu teatrda ən xoş günləri də, ağır günləri də yaşamışıq. Amma teatrdan, tamaşaçılardan bu qədər uzaq düşməmişdik”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rafiq Əzimov deyib. Sənətkar daha sonra əlavə edib.

“148 yaşlı Azərbaycan teatrı bu illər ərzində ən öndə gedən teatrlardan birinə çevrilib. Çox şərəfli, uzun bir yol keçərək, inkişaf edib. Teatrımızın inkişafı xüsusilə də 70-ci illərə, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə təsadüf edir. Heydər Əliyevin mədəniyyətə, incəsənətə inkişafı xüsusilə teatrlara, tamaşalara diqqətdə özünü göstərirdi. Bizim elə bir tamaşamız yox idi ki, ulu öndər gəlib baxmasın. Biz bu diqqəti, qayğını bu gün də cənab prezidentimiz İlham Əliyevin və vitse prezidentimiz Mehriban Əliyevanın simasında görürük. Dövlət biz sənətkarlar üçün hər şey edir, indi növbə bizdədir. Belə ki, artıq bizim torpaqlarımız da düşmən tapdağından azad olunub, Qarabağımız mədəniyyət ocağına çevrilir. Bir arzum var, uzun illərdir teatrımızın repertuarında olan İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşasını Şuşada oynamaq. O yerləri gəzmək, oraların torpağını qoxulamaq üçün hamı kimi mən də səbirsizlənirəm. Arzu edirəm ki, bu pandemiya bəlasından canımız tezliklə qurtarar və teatrımızın qapıları, səhnənin pərdələri tamaşaçıların, teatrsevərlərin üzünə açılar. Bu günü bütün sənətkarlar kimi mən də səbirsizliklə gözləyirəm”

Geri qayıt