Əsas Səhifə > Şou-biznes > Tanınmış teleaparıcıdan Operativ Qərargaha:

Tanınmış teleaparıcıdan Operativ Qərargaha:


19-03-2021, 11:03
Tanınmış teleaparıcıdan Operativ Qərargaha:
Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi baş tutacaq.

Brifinqdə hansı qərarların veriləcəyi ilə bağlı konkret məlumatlar olmasa da, artıq sərt karantinə gediləcəyi ilə bağlı müxtəlif fikirlər səslənir.

Cebhe.info xəbər verir ki, tanınmış teleaparıcı Azər Qərib sərt karantin qərarını tənqid edib.

“Bu gün brifinq gözlənilir. Deyim, necə olacaq? Elan edəcəklər ki, bu gecə (maksimum sabah) saat 12-də giriş-çıxış bağlanır və millət düşəcək yollara. Nələr baş verəcəyini proqnozlaşdırmaq üçün Zirəddin olmaq lazım deyil, şəhərarası yollarda tıxaclar, kütləvi psixoz, əsəb, stress, polisin işinə inanılmaz yük, ajiotaj və s. Bunu biz anlayırıqsa, nəyə görə Operativ Qərargah anlamır? Artıq bir ildən çoxdur ki, Operativ Qərargah fəaliyət göstərir, amma hələ də əhali ilə düzgün kommunikasiya qura bilmir.

Neçə gündür anons veriblər brifinq haqda, Britaniya ştammı belə gəldi, "Afrikanski ştamm" belə getdi, vaksin bunlara qarşı kömək etmir, yenə vahimə, yenə hamı intizarda, yenə hamının canına vəlvələ düşüb, nədir bunlar? Nə edək ki, Operativ Qərargah işini düzgün qura bilsin, vaxtlı-vaxtında ünsiyyət yaratsın, xalqı narahat edən suallara cavab versin? Bir ildir car çəkirik, niyə eşitmirsən bizi, ay Qərargah müəllim? Əgər insan həyatı prioritetdirsə, nəzərə alın ki, bütün xəstəliklərin başında əsəb dayanır. Sizi isə əsəblərimizlə elə oynayırsınız ki, “korona” xəcalət çəkib durur qıraqda”, - deyə A.Qərib deyib.

Geri qayıt