Əsas Səhifə > Şou-biznes > "Adamın sevdiyi dostu, tələbəsi gəlməyəndə narahat olursan"

"Adamın sevdiyi dostu, tələbəsi gəlməyəndə narahat olursan"


18-03-2021, 08:17
"Adamın sevdiyi dostu, tələbəsi gəlməyəndə narahat olursan"
“Tamaşaçılarla xanəndənin ünsiyyətə girməsi böyük şeydir və bu da Könüldə var. Könül tamaşaçını ələ alan, özünü sevdirən, öz üzərində çalışan bir xanəndədir”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Arif Babayev tələbəsi Könül Xasıyeva haqqında danışarkən deyib. O, Könül xanımın doğum gününü təbrik edərək, incikliyini də dilə gətirib:

“Könül Xasıyeva mənim ən istəkli tələbələrimdən biri olub. Tamaşaçılarla xanəndənin ünsiyyətə girməsi böyük şeydir və bu da Könüldə var. Könül tamaşaçını ələ alan, özünü sevdirən, öz üzərində çalışan bir xanəndədir. O, səhnəyə çıxanda aciz qalmır. Bu gün tələbəm kimi həmişə onun adını çəkirəm. Amma özü heç bizimlə görüşməz, ünsiyyətimiz də yoxdur. İnfarkt keçirəndə tələbələrimin hamısı gəlib mənimlə görüşdü, amma Könül gəlmədi. Məsələn, Nəzakət Teymurovadan, Nuriyyə Hüseynovadan və Könül Xasıyevadan bu diqqəti umuram axı. Onlar gəldi, amma Könül yox. Adamın sevdiyi dostu, tələbəsi gəlməyəndə narahat olursan. Allah canını sağ eləsin. Qoy səsi gümrah olsun, xalqımızı həmişə sevindirsin. Novruz bayramı münasibətilə xalqımızı təbrik edirəm, cansağlığı arzu edirəm”.

Geri qayıt