Əsas Səhifə > Şou-biznes > Murad Arifin şübhəli susqunluğu

Murad Arifin şübhəli susqunluğu


17-03-2021, 12:58
Murad Arifin şübhəli susqunluğu
Xəbər verdiyimiz kimi, Azərbaycanın "Eurovision 2021" mahnısı məlum olub. Belə ki, ölkəmizi beynəlxalq mahnı müsabiqəsində təmsil edən Samira Əfəndi bu il "Mata Hari" mahnısı ilə çıxış edəcək.

Hər zaman olduğu kimi bu il də beynəlxalq müsabiqədə iştirak edəcək mahnını kəskin tənqid edənlər olub. Bəzi sosial şəbəkə istifadəçiləri "Eurovision" müsabiqəsində Azərbaycanı təmsil etməsi üçün seçilən mahnının Avropa standartları ilə yazıldığını qeyd edib. Onlar “Mata Hari”ni Avropada artıq dəfələrlə səslənən mahnıların ortalama nümunəsi kimi görüblər.

Tez-tez “Eurovision” mahnı müsabiqəsi barədə fikirlər səsləndirən, əsas gileyi yerli bəstəkarların potensialdan istifadə olunmaması olan müğənni-bəstəkar Murad Arif bu dəfə susqunluğunu qoruyub.

Yenisabah.az-ın suallarını israrlı şəkildə cavabsız qoyan sənətçi “Eurovision”da təmsil olunacaq mahnımız barədə danışmayacağını bildirib.

Xatırladaq ki, Murad Arif ötən il "Eurovision"a getmək istəməsi ilə bağlı məlumat verərək, namizədliyini irəli sürdüyünü vurğulamışdı:

"Bəyan etmək istəyirəm və hər birinizdən buna dəstək gözləyirəm: "Eurovision 2020" üçün namizədliyimi rəsmi olaraq təklif edirəm. Buna hazıram və arzulayıram! Bizə 3 dəqiqəlik hit lazımdır. Özümüz yazaq, öz uşaqlarımızla, nəğməmizlə oraları partladaq. Bizə inanın".

Onun bu ilki musiqimizlə bağlı “şübhəli susqunluğu” müxtəlif söz-söhbətlərin meydana çıxmasına rəvac verib.

Qeyd edək ki, 2021-ci il “Eurovision” mahnımızın musiqisi və sözləri Emi van der Vel, Coş Erl, Luuk van Birs və Toni Kornelissenə aiddir.

Geri qayıt