Əsas Səhifə > Şou-biznes > Flora Kərimova Cavanşir Məmmədovla barışdı

Flora Kərimova Cavanşir Məmmədovla barışdı


11-03-2021, 11:56
Flora Kərimova Cavanşir Məmmədovla barışdı
Xalq artisti Flora Kərimova uzun müddətdir küsülü olduğu qohumu, ifaçı Cavanşir Məmmədovla barışıb.

Sfera.az xəbər verir ki, qohumlar ARB-də yayımlanan "Həmin Zaur" verilişində qonaq olublar. Aparıcının, o cümlədən digər qonaq müğənni Elton Hüseynəliyevin təkidi ilə Flora Kərimova dayısı oğlu ilə barışığa razı olub.

Xatırladaq ki, uzun illər hər iki tərəf qohum olduqlarını gizlədib. Sonradan məlum olub ki, sən demə xalq artisti müğənninin doğma bibisi qızıdır. Flora Kərimovanın mətbuata verdiyi açıqlamasına görə, Cavanşir Məmmədovun ali məktəbə qəbul olmağına və sənət aləminə gəlməyinə çox köməklər edib. Hətta gənclik illərində onların birgə duetləri də var. Yayılan məlumatlara görə , sonradan müğənni Cavanşir Məmmədov həmin lent yazılarını Qızıl Fonddan sildirib. Xalq artistinin açıqlamalarından belə aydın olur ki, tərəflər arasındakı narazılıq Cavanşir Məmmədovun bibisinin yasına 40-ı qurtaran ərəfədə gəlməsi olub.

Geri qayıt