Əsas Səhifə > Şou-biznes > "Biz müğənnilər bir başqa cür əziyyət çəkdik"

"Biz müğənnilər bir başqa cür əziyyət çəkdik"


5-03-2021, 18:19
"Biz müğənnilər bir başqa cür əziyyət çəkdik"
Müğənni Roza Zərgərli "Xəbər-ətər" proqramında qonaq olub.

Musavat.com xəbər verir ki, müğənni pandemiya zamanı musiqiçilərin yaşadığı maddi çətinlikdən danışıb:
"Ən çətin vəziyyətdə qalan musiqiçilər oldu. Biz müğənnilər bir başqa cür əziyyət çəkdik. Amma musiqiçilər tam başqa. Onlar günlük işləyən insanlardır. Nə qədər arxalarında pul olsa da, bir il dayana bilməzdilər.

İstərdik ki, musiqiçilər haqqında aidiyyəti qurumlar düşünsünlər. Pandemiya nə qədər olacaq, bilinmir. Başqa problem də yarana bilər. Çoxları ailəlidir, evinə çörək aparmalıdır. Müğənni olaraq oxumağı unutmuşuq".

Geri qayıt