Əsas Səhifə > Şou-biznes > "Gözəl görünməyin sirri həvəsdədir"

"Gözəl görünməyin sirri həvəsdədir"


3-03-2021, 17:25
"Gözəl görünməyin sirri həvəsdədir"
"Çirkin qadın yoxdur, tənbəl qadın var, baxımsız qadın var. Baxım pula 90 faiz aiddir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva MTV-Azərbaycana açıqlaması zamanı deyib.

Sənətçi baxımlı olmaq üçün pula ehtiyac olmadığını söyləyib:

“Məsələn, mən limon və ya hansısa meyvəni yeyib onun üz qabığını da istifadə edə bilərəm. O qədər ev üsulları var ki... Onu etməyə həvəs lazımdır, istək lazımdır. Gözəl görünməyin sirri həvəsdədir".

44 yaşlı sənətçi bu günə qədər heç bir plastik əməliyyat etdirmədiyini bildirib:

"Hələlik şükür Allaha ehtiyac duymuram nə bədənimdə, nə də üzümdə. Mənim bütün zahiri görünşümün əsas səbəbi düzgün qidalanmağım və idman etməyimdir. Heç bir plastik əməliyyat olmayıb. Qətiyyən! Nə üzümdə, nə bədənimdə heç bir müdaxilə yoxdur. Bəlkə, 80 yaşımda edəcəm. Bilmirəm, onu həyat göstərəcək. 70 yaşımda bəlkə ona ehtiyac duyacam, deyəcəm “burda bir az dərim sallanır gedim onu götürüm”. İncə estetik işlər ola bilər. Üzümdə iynələr də olur. Baxım var".

Geri qayıt