Əsas Səhifə > Şou-biznes > "Üç-dörd ay panik-atak keçirdim"

"Üç-dörd ay panik-atak keçirdim"


1-03-2021, 16:44
"Üç-dörd ay panik-atak keçirdim"
Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranan problemin səbəbini açıqlayıb.

Musavat.com xəbər verir ki, aktrisa "ATV maqazin onlarla" proqramına açıqlamasında rol aldığı serialdan uzaqlaşdırıldığı üçün xəstəxanalıq olduğunu bildirib:

"Serialdan məni çıxardılar. Heç bir günahım yox idi, ona görə mənə təsir etdi. Mənə qarşı böyük hörmətsizlik oldu. Üç-dörd ay panik-atak keçirdim. Aktrisanın rolunu əlindən almaq bilirsiz nə deməkdir? Elə bil onun övladını əlindən alırsan.

Bu haqda çox danışmaq istəmirəm. Yadıma düşəndə əsəbiləşirəm. Mənim yola salınmağımda nə rejissorun, nə komandanın günahı var idi. Rejissor özü dedi ki, sizinlə gözəl çalışırdıq. Günahkar tam başqa adamlar idi. Gedib kiminsə çörəyinə bais olsan, Allah qabağına çıxaracaq".

Qeyd edək ki, Naibə Allahverdiyeva sonuncu dəfə “Qız atası” serialıda rol alıb.

Geri qayıt