Əsas Səhifə > Şou-biznes > “Mənə elə gəlir ki, dini məsləhətlər vermişəm”
“Mənə elə gəlir ki, dini məsləhətlər vermişəm”1-03-2021, 09:47 |
Müğənni Səmra Rəhimli “Göz” adlı yeni klipini təqdim edib. “MediaPost” xəbər verir ki, layihənin rəhbəri və rejissoru sənətçinin anası İlahə Baxşıyevadır. “Youtube” video hostinqində paylaşılan klip açıq-saçıq görüntülərinə görə müzakirə olunub. S.Rəhimli isə müzakirələrə səbəb olan klipi haqda bu sözləri yazıb: “Hərdən mənə elə gəlir ki, əvvəl səhifəm dini səhifə və izləyicilərim isə dindarlar olub. Dini məsləhətlər vermişəm, bu gün də qəfil artist olmağa qərar vermişəm, izləyicilərim çaş-baş qalıblar”. Qeyd edək ki, mahnının söz və musiqisi Clavisə məxsusdur. Geri qayıt |