Əsas Səhifə > Şou-biznes > "Belə olmaz axı, buna da cənab prezident nəzarət etsin, gərək nəsə desin, sonra edəsiz?"
"Belə olmaz axı, buna da cənab prezident nəzarət etsin, gərək nəsə desin, sonra edəsiz?"25-02-2021, 09:11 |
“Qarın yağması gözəldir, adam baxır ürəyi açılır. Deyirlər ki, həsrət nə qədər uzun olsa da, vüsal o qədər şirin olur. Uzun müddətdir qarın yağmasını arzulayırdıq. Qar ilk yağanda vüsalımız şirin oldu, amma acı sonluqla bitdi. Yaxşı ki, qar gündə yağmır, 4 ildə bir dəfə yağır, onda da problemlər baş qaldırır. Belə baxanda bizə 10 metr qar da yağmayıb. Ayda, ildə bir dəfə qar yağır, heç olmasa insanlar onun sevincini yaşaya bilsinlər də, belə zülm çəkməsinlər. İnanın, məhəlləmizdəki maşınların üstündə qar qalmayıb. Səhərdən əlimizdə vedrə qar yığırıq ki, əridib su içək. Yoldaşımı göndərmişəm bayaq, deyir ki, maşının üstündə daha qar yoxdur. Biz nə edək? O vaxt elə idi ki, axşamdan suyu açıq qoyurduq, donmurdu, damcılıyırdı. İndi su bahalaşıb, səhərə kimi açıq qalsa gör nə qədər pul yazar. Adi bir yemək də hazırlaya bilmirik” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib. Xalq artisti qarın yağmasından sonra yaranan problemlərlə bağlı aidiyyatı qurumlara da səslənib. “Öncədən bildirmişdilər ki, hava kəskin soyuyacaq, aidiyyatı qurumlar bu vəziyyətə hazır olmalı idilər. Yolları təmizləyən, duz, qum tökən maşınlar artıq gecədən hazır yollarda durmalı idilər. Bu gün nə qədər qəza törədilib, maşınlar toqquşub, insanlar xəsarət alıb. Dayanacaqlarda növbə yaranıb, camaat avtobus tapmır ki, evinə gedib çıxsın! Aidiyyatı qurumlar bütün bunlara nəzarət etməlidir. Belə olmaz axı. Buna da cənab prezident nəzarət etsin? Ölkə başçısı çıxıb gərək nəsə desin, sonra edəsiz? Prezidentimiz nəyə baxsın? Xarici siyasətlə məşğul olsun, daxili siyasətə baxsın, işğaldan azad olunmuş torpaqlara səfər etsin? Bəs məmurlar niyə oturublar o kreslolarda? Hansı sahəyə baxırsan ora axsıyır. Sizə etimad göstərib, vəzifə veriblərsə öz işinizin öhdəsindən gəlməyi bacarmalısız” deyə Xalq artisti bildirib. Xalq artisti buzlu havada qəzaya düşdüyünü də etiraf edib. “Bir dəfə həyat yoldaşımla Lənkərana toya getmişdim. Toydan çıxanda hava artıq qaranlıq idi, göz-gözü görmürdü. Yollar da buz bağlamışdı. Gələndə qəza keçirdik, dərəyə düşdük. Səhərə kimi avtomobildə qalmışdıq. Hava soyuq olduğundan bərk xəstələndik. Daha sonra birtəhər traktor gətirib, bizi ordan çıxardılar. Şaxtalı havada şəxsi avtomobildən istifadə etməyi heç kimə məsləhət görmürəm” deyə aktrisa bildirib. Geri qayıt |