Əsas Səhifə > Şou-biznes > "İllərdir bizim aktyorlara təqaüd, ev və pul mükafatı verilir"
"İllərdir bizim aktyorlara təqaüd, ev və pul mükafatı verilir"23-02-2021, 08:49 |
Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Vəfa Zeynalova yeni “Yox içində Xarı Bülbül” adlı filmə çəkilir. Aktrisa bu haqda Moderator.az-ın suallarını cavablandırıb. - Vəfa xanım, öncə istərdim “Yox içində Xarı Bülbül” filmi haqqında bizə məlumat verəsiz. - 12 seriyadan ibarət “Yox içində Xarı Bülbül” adlı bədii filmə dəvət almışam. Qeyd edək ki, ekran işi İlyas Əfəndiyevin “Qarabağnamə” əsərinin motivləri əsasında ekranlaşdırılacaq. Baş rollarda mən və Xalq artisti Pərviz Məmmədrzayev oynayacağıq. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Zaur Tahirsoydur. Bu əslində mənim Xan qızı Ağabəyim ağa adlı fotolayihəm idi. Zaur bəydən belə bir təklif gəldi ki, bəlkə bunu film edək, mən də təbii ki, çox sevindim. - Filmin tam olaraq çəkilişləri nə vaxt bitəcək? - Bu bizim tariximizdir! Ona görə də biz bunu necə gəldi çəkib təhvil verə bilmərik. Yəqin ki, uzun müddət çəkilişləri gedəcək, film üçün böyük povilyon da ayrılacaq. - Dövlət hesabına çəkilir, yoxsa şəxsi sifarişlə? - Hal-hazırda hazırlıq prossesindəyik, ona görə də bir söz deyə bilməyəcəm. Yəqin ki, dövlət bizə dəstək olar. - Vəfa xanım, uzun müddətdir heç bir flm və serialda rol almırsınız. Bu filmə çəkilmək sizin öz seçiminiz idi yoxsa? - Əlbəttə, bu mənim öz seçimim idi, müəyyən vaxt müşahidə etdim, hal-hazırda artıq çəkilirəm. Xəzər TV-də də “Zeynəb” serialında da çəkilirəm, onunla bərabər də “Yox içində Xarı Bülbül” filminə hazırlaşırıq. - Yəqin ki, bu əsəri pandemiyadan sonra teatr səhnəsində də oynayarsız. - Xeyr, bu barədə hələ bir fikir yoxdur. “Qarabağnamə” tamaşası bizim səhnəmizdə illərdir gedir. - Yeni Mədəniyyət Nazirimiz təyin olunub, yəqin ki, sizin də ona ümidləriniz çoxdur? - Yeni Mədəniyyət Nazirimizi ancaq təbrik edə bilərəm. Onun əvəzindən heç nə danışa bilmərəm. Yəqin ki, teatrla bağlı qərarları özləri daha yaxşı bilirlər. Sənətkar öz xidmətini xalqa göstərəndən sonra inanmıram ki, onun sənətinə qarşı biganəlik olsun. Həmin incəsənət xadimlərinə mütləq dəyər verilir. Necə ki, ilərdir bizim aktyorlara təqaüd, ev və pul mükafatı verilir. - Bu sənətdə hər kəsin bir istəyir, arsuzu olur. Elə bir istəyiniz varmı ki, onun reallaşmasını gözləyirsiz? - Allah hər kəsin istəyini inşallah yerinə yetirsin. Mən həyatda nə istəmişəmsə ona nail oluram. Buna görə ancaq şükür edirəm. Geri qayıt |