Əsas Səhifə > Şou-biznes > "Təəssüf ki, pullar boş-boş şeylərə səpələnir"
"Təəssüf ki, pullar boş-boş şeylərə səpələnir"19-02-2021, 08:27 |
Uzun zamandır izlənilən “Ata ocağı” serialının 700-cü bölümü efirə getdi. AYNA-nın müsahibi, serialda Kamran obrazı ilə izləyicilər arasında tez bir zamanda həm sevilən, həm də nifrət edilən Türkay Cəfərlidir. - Türkay Cəfərli gənc aktyor kimi bu gün sənətdə istədiyi yerdədir? - Türkay Cəfərli bu günə kimi öz gücünə çox şeyi bacarıb. Sənətdə yıxılıb-qalxdığım anlar heç də az olmayıb. Amma təəssüf ki, çəkdiyim zəhmətin müqabilində bu gün dəyər verilməyən yerdəyəm. - İstədiyiniz dəyəri versəydilər, indi harada olardınız? - Problemlərdən uzaq, işindən zövq alan, sənətinə daha çox vaxt ayıran sənətçi olardım. Təəssüf ki, pullar boş-boş şeylərə səpələnir, ona görə də aktyorlara dəyər verilmir. Aktyorlar da problemlərinə başı qarışır deyə, sənətlərinə tam vaxt ayıra bilmir. - Bu gün aktyor sənətini seçməyə dəyərmi – bu, günün tələbidir? - Tələb olsa, indi biz aktyorlar da istədiyimiz dəyərdə olardıq, sadəcə işimizi, sənəti sevirik deyə sənətə xatir bu sənətə gəlməyimizə dəyər, amma indi film sektoru üçün bu sahəyə gəlməyə dəyməz. - İndi aktyorlardan çox başqa sahənin insanları filmlərdə rol alırlae. Belə aktyorlarla işləmək çətin deyil? - Təbii ki, çətin olur. Hətta, deyim ki, onların çoxu bir filmdə rol alan kimi özlərini Xalq Artisti hesab edirlər. Halbuki, peşəkar aktyorların onlarla işləməsi çox çətindir. - Türkay Cəfərli üçün müsbət, yoxsa mənfi obraz yaratmaq asandır? - Bu zövq məsələsidir. Müsbət asandır, amma mənfi obrazı yaratmaq çətindir. Ən çətini isə mənfi obrazı izləyiciyə sevdirməkdir. Bunu hər aktyor bacarmır. - Ona görə “Ata ocağı” serialında Kamran obrazını oynamağa razı oldunuz? - Deməzdim. Axı, hər obrazı sevdirmək və nifrət etdirməyi də bacarmaq lazımdır. Mənim oynadığım obrazlar içində ən sevdiyim personaj “Xənnas” filmindəki Vüsal obrazıdır. Nədənsə o obrazı daha çox bəyənirəm. Əsas ssenaridəki xarakterin məntiqli yoludur. - “Kamran” obrazı ilə sevilirsiz, yoxsa nifrət edilirsiniz? - Nifrətdən dolayı sevilirəm desəm, daha doğru olar. - Türkayla Kamranın oxşar və fərqli cəhətləri hansılardır? - Türkay nə oğrudur, nə də evyıxan. Ümumiyyətlə, mənə yad olan obrazdır. Heç vaxt elə biri ola bilmərəm. Geri qayıt |