Əsas Səhifə > Şou-biznes > "3 uşağa görə aldığım təqaüdlə dolanıram"

"3 uşağa görə aldığım təqaüdlə dolanıram"


12-02-2021, 08:31
"3 uşağa görə aldığım təqaüdlə dolanıram"
“Həyatı bizə verən, neçə min kilometr dənizlərin, okeanların dibində olan canlıların ruzisini verən Allah yer üzündə də bəndəsinə ruzi göndərir. Bu dəqiqə nə toy var, nə də başqa bir işimiz, buna baxmayaraq oturduğum yerdə ruzim gəlir. Amma bundan sonra fikirləşirəm ki, ticari işlə məşğul olum. Bu günə qədər öz sənətimlə, toylardan qazanmışam, amma lap yaxşı dolanmaq üçün nəsə etməliyəm. Kulinariya sahəsində də özümü sınaya bilərəm, əlimdən hər şey gəlir. Hal-hazırda fəxri adıma görə aldığım məvacib və bir də 3 uşağa görə aldığım təqaüdlə dolanıram”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva bildirib. Sənətçi ona qarşı olan haqsızlıqdan da danışıb.

“Heç vaxt fəxri ad, təqaüd və mükafat haqda fikirləşməmişəm. Əgər mənim qismətimdə bu varsa olacaq. Bəlkə başımı qoyub dünyamı dəyişdim, heç bunu görmək mənə qismət olmadı?! Tutaq ki, sabah fəxri ad verəcəkdilər, bu gün ölmüşəm! Köhnə nazirin dövründə heç bir yerə müraciət etməmişəm, amma çox sənət yoldaşlarım mənə deyir ki, yeni Mədəniyyət Naziri Anar müəllim yaxşı insandır, müraciət et. Mən əvvəlki nazirin vaxtında almalı idim, təbii ki, haqsızlıq olub. Nəinki mənə qarşı, bir çoxlarına qarşı. Tacir Şahmalıoğlundan, Nadirdən çox narahatam. Razıyam ki, heç mənə “Xalq artisti” fəxri adı verməsinlər, onlara fəxri ad versinlər. Çünki onların zəhməti və haqları var. Bunlar dövlət konsertlərində təmənnasız iştirak ediblər. Tacir Şahmalıoğlunndan ötrü ürəyim yanır, həqiqətən də o oxuduğu tək bir mahnıya möhür vurub” deyə əməkdar artist bildirib.

Geri qayıt