Əsas Səhifə > Şou-biznes > "Əli Həsənov bütün mətbuatı, televiziyanı əlinə almışdı"

"Əli Həsənov bütün mətbuatı, televiziyanı əlinə almışdı"


10-02-2021, 08:41
"Əli Həsənov bütün mətbuatı, televiziyanı əlinə almışdı"
“Prezident ölkənin qarantıdır. Azərbaycanda yaşayan əhalinin borcudur ki, prezidentin dediklərinə qulaq assın. Ölkə başçısı düz deyir ki, bir çox problemləri ona çatdırmırlar. Bunun bariz nümunəsi olaraq siz özünüz də bilirsiz və keçən il də şahidi oldunuz ki, prezident vəzifəli məmurların bir çoxunu cəzalandırdı, mətbuatı, radionu, televiziyanı əlinə alan insanlar var idi ki, onların bir çoxu saxlanıldı.

Əli Həsənov bütün mətbuatı, televiziyanı əlinə almışdı, onu da bu sahədən uzaqlaşdırdılar. Təbii ki, vaxtlı-vaxtında şikayətlər gedib ölkə başçısına çatsaydı belə olmazdı. İki il bundan əvvəl mədəniyyət xadimləri ilə cənab prezident İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyeva görüş keçirdi. Orada bir çox mədəniyyət və incəsənət xadimləri oturmuşdu. Əksəriyyətinin dediyi istəklər yerinə yetirildi. Teatrlarda maaş qalxdı, teatrlara statuslar verildi. Demək ki, ölkə başçısına məlumat düzgün çatdırılmalıdır. Əlbəttə ki, bir çox məlumatlar gedib prezidentə çatmır. İlham Əliyev çox böyük prezidentdir, istər daxili, istərsə də xarici siyasəti doğru aparır. Müharibə gedə-gedə o xarici mətbuatın suallarına yerli-yerində cavab verirdi, çoxlarını yerinə otuzdururdu. Biz həqiqətən də onunla fəxr etməliyik”

Bunu Moderator.Az-a Xalq artisti Yasin Qarayev bildirib. Aktyor tarif şurasının qiymət artımından da danışıb.

“Əgər ölkədə nəyinsə qiymətində artım etmək istəyirlərsə bu öncə Milli Məclisdə səsverməyə qoyulmalı, müzakirə olunmalıdır. Qiymət artımına prezidentin münasibəti olmayıb. Təbii ki, bu bahalaşma gedib ölkə başçısına çatsa o buna yenidən baxacaq. Müharibə ərzində ölkədə heç bir çatışmamazlıq olmadı. O boyda şəhid vermişik, torpaqlar almışıq. Bu qiymət artımı nəyə lazımdır ki?” deyə Yasin Qarayev bildirib.

Xalq artisti teatrsız yaşamağın çətin olduğunu bildirib.

“Teatrsız yaşamaq bizə çox böyük zərbə vurur. İdmançı gündə məşq etdiyi kimi aktyor da məşq etməlidir. Biz sanki adət-ən-ənəmizdən geri qalmışıq. Biz səs tembirimizi də cilalamalıyıq, bunlar əlimizdən gedib. Yaxşı ki, “Buğlama”serialında çəkilirəm. Bu kollektiv həqiqətən də çox sevilir. Hamısı da istedadlı uşaqlardır, böyüyün-kiçiyi yerini biləndilər. Hər şeyi mənimlə məsləhət edirlər. Sevinirəm ki, heç olmasa ayda bir dəfə gedib işimlə məşğul ola bilirəm” deyə Xalq artisti bildirib.

Geri qayıt