Əsas Səhifə > Şou-biznes > "Özü məni qırağa çəkib başqa bir hadisəni danışdı"

"Özü məni qırağa çəkib başqa bir hadisəni danışdı"


2-02-2021, 15:29
"Özü məni qırağa çəkib başqa bir hadisəni danışdı"
Müğənni Niyam Salami aktyor Fərda Xudaverdiyevlə arasında yaşanan qalmaqala aydınlıq gətirib.

Yenisabah.az-a danışan sənətçi Fərdanın verilişindən getməsinin səbəbini deyib. O, aktyorun ona qarşı saymazlıq etdiyini bildirib:

“Mən Fərdanı aldatmamışam, bu heç vaxt ola bilməz. O, özü-özünü aldadır. Fərda fikirləşmir ki, danışmamışdan əvvəl düşünmək lazımdır. Əgər Niyam Salami xəstə halda evindən qalxıb saçını düzəltdirməyə gedib, usta tapmayıb sonra evinə usta gətizdirib saçını düzəltdirib verilişə gedirsə, deməli, onu sayıb gedir. O özü orada mənə saymazlıq elədi. Çıxıb efirdə onu demir, amma belə danışır. Mən hələ heç nə demirəm, qoy o özü mənə zəng eləsin, üz-üzə gəlsin, ya da hansısa verilişdə qarşılaşaq onun üzr istəməyini özünüz görəcəksiniz, görəcəksiniz ki, necə səhv edib. Özü saymazlıq etdi. Özü məni qırağa çəkib başqa bir hadisəni danışdı, mən də o hadisəyə uyğun sakit reaksiya verdim və istəmədim onun təzə verilişində problem yaransın və ona görə getdim”.

Qeyd edək ki, bir neçə gün öncə Fərda Amin efirlərin birində Niyam Salaminin ona qarşı hörmətsizlik etdiyini demişdi:

"Niyam heç kimə heç nə demədən çıxıb gedib. Köməkçisi deyib ki, başı ağrıyır. Bunu mənə demək olmazdı? Xəstə ola-ola səni orada saxlayacaqdım? Zəng etdim, telefonuma cavab da vermədi. Veriliş onun üçün qurulmuşdu, ssenari yazılmışdı. Niyam, sənə yaraşdırmadım. Belə dostluq, yoldaşlıq olmaz. Saymamazlıq etdi, uşaq deyiləm. Televiziyaya dünən gəlməmişəm. O yaşda adama, sənətə illərini verənə yaraşdırmadım. Bunu dünən çıxan vayner edə bilərdi. Vaynerə sosial şəbəkə lazımdır, sənə televiziya mütləqdir”.

Geri qayıt