Əsas Səhifə > Şou-biznes > "Bir də ayılıb görəcəyik ki, nə teatr var, nə də sənət"

"Bir də ayılıb görəcəyik ki, nə teatr var, nə də sənət"


2-02-2021, 12:48
"Bir də ayılıb görəcəyik ki, nə teatr var, nə də sənət"
Yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisində 1 mart tarixindən bəri teatrların fəaliyyəti dayandırılıb.

Azərbaycanın Əməkdar artisti Sənubər İsgəndərli ölkə ərazisində 1 mart tarixindən etibarən fəaliyyətini dayandıran teatrların hələ də açılamamsından narazıdır.

Cebhe.info xəbər verir ki, məsələ ilə bağlı Əməkdar artist bildirib ki, heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmayıb: "Martda 1 il olacaq ki, ölkəmizdə bütün teatrlar bağlıdır. Pandemiyadır, karantindir deyib oturduq. Amma heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmadı.

Hər yerdə mümkün variantlardan istifadə olundu ki, teatr sənəti yaşasın. Biz isə hələ oturmuşuq. Bir də ayılıb görəcəyik ki, nə teatr var, nə də sənət".

Geri qayıt