Əsas Səhifə > Şou-biznes > "Arif Alışanov gələn kimi AzTV-də nə qədər abırlı verilişlər vardısa, hamısını bağladı..."

"Arif Alışanov gələn kimi AzTV-də nə qədər abırlı verilişlər vardısa, hamısını bağladı..."


2-02-2021, 09:30
"Arif Alışanov gələn kimi AzTV-də nə qədər abırlı verilişlər vardısa, hamısını bağladı..."
Uşaqlığımız onun aparıcısı olduğu “Sehirli güzgü” verilişini izləməklə keçib. O zamanlar Tofiq İsgəndərov hər birimizin sevimlisi “Tofiq əmi”miz idi. Bakı Dövlət Sirkinə onun göstərdiyi fokusu izləməyə gedər, Sirkdə aparıcısı olduğu proqramları həvəslə izləyirdik. Zaman keçdi “Sehirli güzgü” verilişinin uşaqları, bizlər böyüdük, bu gün nə o verilişlər, nə də Bakı Dövlət Sirkində izlədiyimiz şouların yerini heç bir uşaq layihələləri doldurmur. Biz də uşaqlığımızın məşhur Tofiq əmisini tapdıq.

Beləliklə, Bakı Uşaq və Gənclər Teatrının aktyoru, Azərbaycandakı "Tİ-MAGİC” illüziya teatrının yaradıcısı, Azərbaycan İllüzionistlər Assosiasiyasının prezidenti Tofiq İsgəndərov Moderator.az-ın suallarını cavablandırıb.

- İndiki dövrdə tamaşaçıları təəccübləndirmək, inandırmaq nə qədər asandır?

- Artıq XXI əsrdir. İndi internet vasitəsi ilə istənilən mövzuda hər şey tapmaq mümkündür. Orada fokusların, illuziyaların sirrlərini də tapmaq mümkündür. İnsanların dünyagörüşü, həyata baxışı da əvvəlki deyil. Qəribə bir paradoks var. Texnologiya nə qədər inkişaf edirsə etsin, fokus da onunla paralel inişaf edir. Hər hansı texnika yarananda o texnikanın imkanlarından istifadə edib, fokus yaratmaq olur. Həmin texnikanın üz tərəfini tamaşaçı görür, görünməyən tərəfindən illuziyaçılar istifadə edib, maraqlı nömrə hazırlaya bilirlər. 20-30 il bundan öncə insanlar daha yaxşı düşünə, qavraya bilirdi, nəinki indi. Əvvəllər insanlar ancaq beyni, məntiqləri ilə düşünürdü. Onları aldatmaq da çox çətin idi. İndi insanların əlində mobil telefon və birbaşa internetə çıxışları var. Sanki texnologiya insanların əlindən düşünmək bacarığını alıb. Özlərinə əziyyət verib, dərinə getmirlər. İndiki tamaşaçıları əyləndirmək, aldatmak peşəkar illuziyaçı üçün rahatdır. Bu günün insanı aldandığını qəbul etmir, amma əylənmək istəyir.
Əslində fokus möcüzə deyil, əyləncədir. Nə qədər ki, insanlarda düşünən beyin var, ağıldan, zəhmətdən faydalanır o hər zaman möcüzə axtaracaq və ona baxmağa can atacaqlar. Məhz bu səbəbdən illuziya hər zaman maraqlı olacaq.

- Hazırda İlluzionistlər Assosiasiyasının prezidentisiniz. Bu Assosasiyanın fəaliyyəti nədən ibarətdir?

- Bu Assosasiya ictimai təşkilatdır. Tədbirlər keçirir, layihələr edirik. Hansı ki, bu tədbirlər pulsuz şəkildə həyata keçirilir. O təşkilatın idarəçiliyi ilə pul qazanılmır. Xarici ölkələrlə əlaqə yaradır, fikir mübadilələri edirik. Xaricdə keçirilən beynəlxalq illuziyaçıların festivallarında, tədbirlərində iştirak edirik.

- Maraqlıdır, fokusun əsas sirri nədədir?

- Tamaşaçı hər hansı fokusu izləyəndə düşünür ki, bunun qəliz bir açıqlaması var. Misal üçün fokus göstərirəm hansısa əşya havaya qalxır. Böyüklər düşünür ki, burada hansısa fiziki üsul var və ya hər hansı kimyəvi maddənin köməyi ilə həmin əşya havaya qalxıb. Fokusun sirri isə hər zaman çox sadə olur. Onu adi bir uşaqdan soruşsan həmin an əsl sirri aça bilir. Havaya qalxan əşyanın necə havaya qalxdığını uşağa sual versən deyəcək ki, həmin əşya ipdən və ya sapdan asılaraq havaya qalxıb. Əslində uşaq haqlıdır. O hər zaman sadəyə üstünlük verir. Çünki uşağın beyni safdır, terminlərlə yüklənməyib. Fokusun sirri sadə olur. İnsanlar mürəkəbə qaçdıqlarına görə sadəni düşünmürlər. Ona görə onun sirrini tapmaqda çətinlik çəkirlər. Peşəkar illuziyaçılar hər zaman tamaşaçını heyrətləndirməyi bacarırlar. Səhnədə sehrli ab-hava yaratmaq onların borcudur. Tamaşaçı zalı tərk edərkən “O bunu necə etdi?” -deyib çıxırsa, bu illuziyaçının uğurudur.

- Uşaqlığımız aparıcısı olduğunuz “Sehirli güzgü” verilişini izləməklə keçib. Səhv etmirəmsə 15 il o verilişin aparıcısı oldunuz?

- Bəli, “Sehirli güzgü” maarifləndirici veriliş idi. Təəssüf ki, həmin veriliş bağlandı.

- İlluziyaçı olsanız da sizi aparıcı Tofiq əmi kimi tanıyırdıq.

- O zamanlar Bakı Dövlət Sirkin rəsmi işçisi idim. Sirkə kifayət qədər tamaşaçı gəlirdi, orada maraqlı tamaşalar olurdu, böyük bir proqramla çıxışlar edirdim. Həm də həmin layihələrin aparısı idim. Buna baxmayaraq Sirkdə illuziyaçı Tofiq kimi tanına bilmədim, televiziya məni “sehirbaz Tofiq əmi” kimi tanıtdı və sevdirdi. Buna görə AZTV-nin o zamankı rəhbərinə təşəkkür edirəm.
“Sehirli güzgü” verilişinin kifayət qədər tamaşaçısı vardı. O zamanlar mobil telefonlar yox idi, tamaşaçılar redaksiyaya qalaq-qalaq məktublar göndərirdi. Məni həmin o veriliş tanıdıb. İndiyənə qədər sehirbaz Tofiq əmi kimi tanınıram.

- Həmin veriliş nə üçün bağlandı?

- AzTV-yə Arif Alışanov rəhbər gələn kimi o verilişi bağladı. Nəinki həmin verilişi, AZTV-də nə qədər maarifləndirici, abırlı verilişlər vardısa hamısını bağladı. Çox istərdim ki, belə verilişlərimizin sayı olsun.

- Hazırda uşaq verilişlərimiz yoxdur. Bu səbəbdən uşaqlarımız milli-mənəvi dəyərləri bizə yad olan xarici verilişlərin umuduna qalıb.

- Elədir. Ondan sonra mən də uşaq verilişləri ilə bağlı bəzi layihələr hazırladım. O layihələri bir neçə televiziyalara təqdim etdim. Televiziyalarda layihəyələrə baxıldı, bəyənildi, bəziləri maddi, bəziləri ilə fikrilər olaraq istəklərimiz üst- üstə düşmədi.

- Hansı məqamdə fikir ayrlığına qəldiniz?

- Mən o verilişləri uşaqların marifləndirilməsi istiqamətdə hazırlamışdım. Amma gördüm ki, televiziyalar buna kommersiya məqsədi ilə baxırlar. Məhz bu səbəbdən həmin layihələr həyata keçmədi.

Geri qayıt