Əsas Səhifə > Şou-biznes > "Özümü ruhən, mənən heç yaxşı hiss etmirəm"
"Özümü ruhən, mənən heç yaxşı hiss etmirəm"1-02-2021, 17:21 |
“İnanın ki, hələ o travmadan özümə gəlməmişəm. Dərs dediyim uşaqların valideynləri var ki, sağ-salamat insanlar idilər, amma 4-5 günün içərisində dünyalarını dəyişdilər. Mən şok yaşadım”. Bu sözləri Yenisabah.az-a Əməkdar artist Aybəniz Haşımova deyib. Sənətçi ona yaxın adamların koronavirusdan dünyasını dəyişdiyini bildirib: “Ümumiyyətlə, tək müğənnilər, sənətkarlar deyil, hamı üçün bu dönəmlər çətindir. Amma mən inanıram ki, çox yaxın zamanda hər şey yaxşı olacaq. Əsas olan can sağlığıdır. Bilirsiniz, mənim ətrafımda neçə insan var idi ki, sağ-salamat idilər, amma dünyalarını dəyişdilər. Məhz bu virusdan vəfat etdilər. İnanın, hələ o travmadan özümə gəlməmişəm. Dərs dediyim uşaqların valideynləri var ki, sağ-salamat insanlar idilər, amma 4-5 günün içərisində dünyalarını dəyişdilər. Mən şok yaşadım. Hələ də onun təsirindəyəm. Hələ də o vəziyyətdən çıxmağa, özümü toparlamağa çalışıram. Özümü ruhən, mənən heç yaxşı hiss etmirəm. Mən bilirdim ki, bu xəstəlik var, əvvəldən inanırdım, amma biri var eşidirsən, biri də var artıq gözünlə görürsən ki, yaxının virusdan dünyasını dəyişdi. İnanın, mən hələ də özümə gələ bilmirəm, o uşaqlar ağlayırlar. Nənələri-babaları, valideynləri üçün ağlayırlar. Bilmirsən onları necə sakitləşdirəsən, hamısı cavan adamlar idi, durduqları yerdə pandemiyadan öldülər. Mən də Allaha dua edirəm ki, xalqımızın canına dəyməsin, ilk növbədə canımız sağ olsun”. Haşımova deyib ki, hazırkı dönəmdə birlik və bərabərliyə çox ehtiyac var: “İnşallah, işlər də qaydasına düşər, qazancımız da düzələr. Çox çətindir. Mən əzəldən öz həyatımı toya çox bağlayan adam olmamışam. Ayda iki-üç toya dəvət olunanda şükür eləmişəm. Bu gün hər kəsin maddi vəziyyəti pisdir. Ona görə təkcə müğənniləri, sənətçiləri düşünmək olmaz. Əl-ələ verib hamımız bu vəziyyətdən birlikdə çıxmalıyıq”. Geri qayıt |