Əsas Səhifə > Şou-biznes > “O vaksindən biz də istifadə edəcəyik”
“O vaksindən biz də istifadə edəcəyik”22-01-2021, 08:30 |
Tanınmış aşıq ifaçısı Aşıq Əli Moderator.az-ın qonağı oldu. O, bizimlə söhbətində işğaldan azad olunan torpaqlarda aşıq sənətinin inkişaf etdirilməsindən və gələcək prespektivlərindən danışdı. - Sizcə bu gün işğaldan azad olunan Qarabağımızı, xüsusən də Şuşamızı musiqinin beşiyinə çevirmək, o ənənəni bərpa etmək mümkün olacaqmı? - Hər bir Azərbaycanlının arzusudur ki, həsrətində olduğu torpaqlarına qovuşsun. Sözsüz ki, biz musiqiçilərin ən çox arzuladıqları Şuşada keçirilən Xarı Bülbül və bu kimi qədim festivallarımızın ənənəsini davam etdirməsidir. Ümid edirəm ki, o günü görmək yenidən bizə qismət olacaq. Biz də çalışacağıq ki, sənətkarlarımızdan öyrəndiklərimizi gənc nəsilə ötürək. Ustadalarımızın ənənələrini davam etdiririk. Çalışacağıq ki, ustadlarımızla bərabər o ənənəni yaşadaq və davam etdirək. - Qarabağla bağlı əhdiniz olubmu? - Qarabağda aşıqlıq sənətini davam etdirmək istərdim. Sazımızı orada dilləndirmək, festivallarda, tədbirlərdə aşıq musiqiləri səsləndirməyi arzu edərdim. Şuşada aşıq məktəbi tikilməsini və orada gənc aşıqlarımızın yetişməsini çox istərdim. Orada gənclərin yetişməsində pedaqoq olaraq çalışardım. - Koronavirusdan qorunmaq üçün vaksin vurduracaqsınızmı? - Biz II Qarabağ döyüşündə qalib gədik, zəfər çaldıq. Gözəgörünməz düşmənlə isə hələ də mübarizə aparırıq. Düzdür, indi getikcə yoluxmaların azalması müşahidə edilir. Ancaq virusdan tam xilas olmaq üçün vaksinlərin vurulması mütləqdir. O vaksindən biz də istifadə edəcəyik. Vaksini vurmalıyıq ki, xəstəliyə qalib gələk. - Pandemiyanın insanlara vurduğu maddi ziyan hər kəsə məlumdur. Bəs, bu virus sizə psixoloji olaraq necə təsir göstərdi? - Gözə görünməz düşmənlə bütün dünya mübarizə aparır. Hazırda dünya böhran içindədir. Karantin rejimi biz musiqiçilərə də təsir etdi. Pandemiya müddətində kim necə yaşayıbsa, dolanıbsa biz də o cür dolanmağa çalışdıq. Düzdür, bir müddət sıxıntılarımız oldu. Ancaq çox şükür ki, bu gün hər şey yaxşıdır. Əsas sağlamlıqdır. Çünki sağlam olmaq daha önəmlidir. Nəinki xəstə olub, hansısa madiyyatı güdmək. - Artıq yeni dönəm başlayır. Bu yeni dönəm mədəniyyət sahəsinə də təsirsiz ötüşməyəcəyi deyilir. Necə hesab edirsiniz, yeni dönəmdə aşıq sənətində hər hansı dəyişikliklər ola bilərmi? - Mən öz adımdan deyə bilərəm ki, yeni dönəmdə sənətim, fəaliyyətimlə bağlı daha gözəl, maraqlı, geniş şaxəli bir fəaliyyətim olacaq. Geri qayıt |