Əsas Səhifə > Şou-biznes > “Ramiz Mehdiyevlə Əli Həsənov dedi ki, ermənilər səndən şikayət edir...“
“Ramiz Mehdiyevlə Əli Həsənov dedi ki, ermənilər səndən şikayət edir...“28-12-2020, 12:33 |
“Prezident Azərbaycan xalqı üçün elə bir tarix yazıb ki, bu millət ömür boyu ona minnətdar olacaq. Mən və mənim nəslim də o cümlədən. Allah razı olsun əsgərlərimizdən. İnanın, müharibə vaxtı qapı döydüm ki, qoyun mən də gedim. Dedilər “qoca kişisən, biabır eləmə bizi”. Mən də illərdir ideoloji cəbhədə vuruşuram”. Bu sözləri Yenisabah.az-a tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Sənətçi azərbaycanlı alimlərin, siyasətçilərin ermənilərin xislətini açmalı oduğunu bildirib: “İllərdir yazılarımda erməni yalanları ilə mübarizə aparmışam, televiziya verilişlərim, filmlərim buna sübutdur. Mənim 10-15 il əvvəl dediklərimi indi deyirlər, heç adımı da çəkmirlər. Yazdığım materialları götürüb, istinad da etmirlər. İndi niyə ermənilərin yalanlarını göstərən materiallar ortaya qoymurlar? Dünya dahilərinin ermənilər haqda dediklərini niyə ictimailəşdirmirlər? Niyə bu hay tayfasının xislətini açmırlar? “Hay” sözü biclərdən törəyən, zinadan törəyən deməkdir. Onlar işğalçı, bandit ünsürlərdirlər, onun-bunun kölgəsində yaşayıblar. Zəngəzur, Qafan bizim ərazilərdir, tarixi faktlar var. Niyə bunlar deyilmir? Onlar özlərinə yalançı tarix düzəldiblər və bütün dünyanı aldada-aldada gedirlər. Sağ olsun prezident ki, 44 gündə 31 müsahibəsi ilə bütün dünyadakı yalançı erməni təbliğatını zibilə döndərdi, atdı zibil yeşiyinə, artıq yoxdur. Bəs indi akademiya niyə bu işlə məşğul olmur? Mən həmişə demişəm ki, ideologiya, siyasətlə məşğul olan insanlar gərək 3-4 dil bilsin. Bunu bacarmayanların nə parlamentdə, nə də siyasətdə işi yoxdur. Bizimkilər politologiya məşğuldurlar, amma dil bilmirlər. Bu erməniyə cavab verilməlidir, niyə bunu prezident təkbaşına etməlidir?”. O, vəzifədə olan şəxslərin ermənilərlə ideoloji cəbhədə hər zaman vuruşmasının önəmini qeyd edib: “Bizim əlimizdə bu qədər fakt var dayanmışıq, amma erməninin əlində heç bir sənəd, sübut yoxdur, bütün dünyanı bizə qarşı qoyub. Dünya ilə bizim aramızda Çin səddi yaradıblar, həmin səddi indi aşa bilmirik. Bəs bizim alimlər, tarixçilər nə ilə məşğuldurlar? Nə isə deyəndə də deyirlər ki, Şeyx yenə başladı… O vaxt Ramiz Mehdiyevlə Əli Həsənov mənim “Qan Yaddaşı” filmimi dayandırdılar. Dayandırıb dedilər ki, ermənilər şikayət edir. Mən orada ancaq faktları ortaya qoyurdum və bütün dünyaya internet vasitəsilə yayılırdı. Bu hadisələr olan zaman Mədəniyyət Naziri Fransaya yollanmalı idi, izah etməli idi ki, əgər doğruları bilmək istəyirsinizsə, ölkəmizə gəlin, gözlərinizlə görün, əks halda tariximizi, xalqımızı təhqir etdiyiniz üçün sizi məhkəməyə verəcəyik. Niyə bunu etmədilər?! Nə ilə məşğuldurlar? Azərbaycanda Ağsaqqallar Şurası var, 77 yaşım var, Xalq artistiyəm, sənətçiyəm, dəfələrlə müraciət etmişəm, məni ora qəbul etmirlər. Yaxşı, məni qəbul etmirsiniz, anladım, bəs özünüz niyə işləmirsiniz? Onlar ictimai fikir formalaşdırmalıdırlar. Hərəsinə bir kabinet, kompyuter, telefon veriblər, büdcədən maaş alıb, otururlar, öz keflərində dolanırlar. Ya Ağsaqqallar Şurası buraxılsın, ya da tərkibi dəyişilsin. Nəyə lazımdır qoca adamlar, bolşeviklərin topuna güllə qoyanlar oturublar orada, gözləyirlər ki, Prezident nə hava çalsa, bunlar da onu desinlər, efirlərə cumub eyni fikirləri təkrarlasınlar. Prezident dedisə, bütün dünya bunu eşidir, sizin eyni şeyləri təkrarlamağınıza nə ehtiyac var axı?” Geri qayıt |