Əsas Səhifə > Şou-biznes > "Neçə vaxtdır bacım haqqında ağızlarına gələni yazırlar"
"Neçə vaxtdır bacım haqqında ağızlarına gələni yazırlar"25-12-2020, 17:15 |
Müğənni Roza Zərgərlinin oğlu, aktyor Corc Qafarov bacısı Bənövşənin adının Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə birgə hallanmasına münasibət bildirib. Musavat.com xəbər verir ki, C. Qafarov sosial şəbəkədə açıqlama videosu yayıb. O, bacısı haqqında səsləndirilən iddiaların yalan olduğunu bildirib: “Neçə vaxtdır bacım haqqında ağızlarına gələni yazırlar. Bənövşə haqqında səsləndirilən iddialar yalandır, gopdur, nağıldır. Bunları hansı düşmənin etdiyini də bilirik. Bənövşənin ciddi münasibətdə olduğu, sevdiyi oğlan var. Ailə qurub, xoşbəxt olmaq istəyir. Bu cür şayiələrlə onu ləkələməyə çalışmayın. Hamının ailəsi var. Hər kəs öz ailəsinin qeyrətini çəksin. Düşmənlərimiz bizim ailəni dağıtmaq istəyir, amma biz həmişə olduğundan daha çox bağlanmışıq bir-birimizə. Biz düşmənlərin başını əzmişik. Insanlardan xahişim odur ki, yalan məlumatlara inanmasınlar”. Qeyd edək ki, R. Zərgərli C. Qafarovu övladlığa götürüb. Geri qayıt |