Əsas Səhifə > Şou-biznes > “İt günündə dolanıram“

“İt günündə dolanıram“


25-12-2020, 15:38
“İt günündə dolanıram“
Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun vəziyyəti normallaşıb.

Yenisabah.az-a danışan Xalq artisti Heydər Əliyev Fondunun onun müalicəsinə maddi yardım etdiyini, səhhəttinin düzəldiyini deyib:

“Səhhətim normaldır, müalicəm davam edir. Artıq vəsaitim hesabına müalicə olunuram. Müəyyən bir mərhələyə kimi fond mənə kömək etdi, indi dayandırılmışdı. Yazda əməliyyat olunacağam. İndi hərdən ağrılarım olur, amma fonda zəng etməyə utanıram, yaxşı dostlar sağ olsun, köməklik edirlər”.

Sənətçi karantin rejiminin sərtləşdirilməsi ilə maddi vəziyyətinin çətinləşdiyini bildirib:

“Karantinə görə hər şey dayanıb, gəlir yerimiz yoxdur. Biz də elə qazanc sahibi deyilik ki, əvvəllər yığdığımızı indi altdan-altdan xərcləyək. Bizimki gündəlik qazanc idi, o da artıq yoxdur. Şükür ki, etibarlı dostlarım var, biri bazarlığımı edir, biri dərmanlarımı alır. Bir sözlə, it günündə dolanıram. Baba Pünhanın bir şeiri var, deyir ki, “İtim gəl dur önümdə, gəl, başına dönüm də, Sən Pünhanın günündə, Pünhan da it günündə”. Bax, bu şeiri elə bil bizim üçün yazmışdı. Düzdür, sənətə, sənətkara həmişə hörmət var. Buna görə də Prezident təqaüdü üçün müraciət edəcəyəm”.

Geri qayıt