Əsas Səhifə > Şou-biznes > "Bilmədən, öyrənmədən bir insana necə böhtan atıla bilər?"

"Bilmədən, öyrənmədən bir insana necə böhtan atıla bilər?"


25-12-2020, 11:23
"Bilmədən, öyrənmədən bir insana necə böhtan atıla bilər?"
Xalq artisti Röya Ayxan müğənni həmkarı Roza Zərgərliyə dəstək nümayiş etdirib.

Belə ki, Röya Ayxan ötən gün Roza Zərgərlinin qızı Bənövşənin adının Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə birgə hallanmasına münasibət bildirib. Xalq artisti bu barədə sosial şəbəkədə qeyd edib:

"Bir az vaxt tapıb İnstaqram səhifələrində bəzi xəbərləri oxudum, şərhlərə də baxdım. Çox məyus oldum. Bilmədən, öyrənmədən bir insana necə böhtan atıla bilər? Hələ o, gənc bir qızdırsa... Başqasını əzmək istəyənlər fikirləşsin ki, hər kəsin evində balası, ailəsi var! Olmayan şeyləri şişirtməyək. Mənim nə həmkarım Roza Zərgərli, nə də qızı ilə yaxınlığım var! Bu məsələni dəqiqləşdirən, araşdıran biri kimi deyirəm, belə bir şey yoxdur. İnanın mənə! Bu günədək az sayda bu mövzulara münasibət bildirmişəm. Amma bu böhtana, təhqirə susa bilmədim. Necə birinin üstünə gedib onu təhqir etmək, psixoloji zərbə vurmaq, taleyini qaralamaq, ləkə yaxmaq olar? Sözlər birindən digərinin ağzına keçir, üstünə də qoyulur, yalanlar düzülür ard-arda. Bu həssas dövrdə hər kəsdən rica edirəm. Şərh yazarkən diqqətli olun, əlinizi vicdanınıza qoyun. Paylaşımı görüb də , anında inanmayın. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Roza Zərgərlinin qızı Bənövşənin adı Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə adı hallanıb.
//Musavat.com//
Geri qayıt