Əsas Səhifə > Şou-biznes > "Həmin pulları havaya sovururdular"
"Həmin pulları havaya sovururdular"24-12-2020, 09:24 |
“Azərbaycan kinosunun 6-7 milyon büdcəsinin olduğu vaxtlar vardı. Kinoya pullar ayrılırdı. Həmin pulları havaya sovururdular”. Rejissor Tahir Tahiroviç Meydan TV-yə açıqlamasında gələn il üçün büdcə zərfinə daxil olan sənədə əsasən, Azərbaycan kinematoqrafiya sahəsinə investisiyaların cəlbi mexanizmləri məsələsini şərh edərkən belə deyib. O hesab edir ki, Azərbaycanda kinematoqrafiya sahəsinə investisiyaların cəlbi mexanizmi hazırlanması, pulların ayrılması milli kinonun inkişafına təsir etməyəcək: "Azərbaycanda investisiya qoyuluşu çox olur. Nəqliyyata milyonlarla investisiya qoyuldu, nəticəsi nə oldu? Məhv oldu. Dayanacaqlarda ekranlar qoyulmuşdu. Bu da investisiya idi. Nəticəsi nə oldu? İdarəçilər yaxşı olmalıdır. Ola bilər ki, kinoya bir milyon pul gələr, onu doğru-düzgün xərcləyərlər. Amma nazirliyin kino şöbəsinə inanıram. Çünki hazırda orada gənclərdir. Əlləri rüşvətə bulaşmayıb, ürəkləri təmizdir, savadlıdırlar. Yetər ki, onlara şərait yaratsınlar, uşaqlar işləsinlər. İnvestisya çox şeyi həll edə bilər, amma hər şeyi yox. Mədəniyyət Nazirliyi kinoya bir muddət barmaqarası baxdı, bütün problem də bundandır. Həm də bizdə kinoya ictimai nəzarət yoxdur”. Azərbaycanda kinematoqrafiya sahəsinə investisiyaların cəlbi mexanizmi hazırlanacaq. Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ndə əksini tapıb. Gələn il üçün büdcə zərfinə daxil olan sənədə əsasən, Azərbaycan kinematoqrafiya sahəsinə investisiyaların cəlbi mexanizmlərini özündə əks etdirən “Azərbaycan sərmayə” (“İnvest in Azerbayjan”) mexanizmlərinin tənzimlənməsi Qaydası” təsdiqlənəcək və icra olunacaq. Geri qayıt |