Əsas Səhifə > Şou-biznes > "Statuslarımdan dövlətə qarşı istifadə etməyin"

"Statuslarımdan dövlətə qarşı istifadə etməyin"


18-12-2020, 13:06
"Statuslarımdan dövlətə qarşı istifadə etməyin"
Xahiş edirəm, xaricdən maliyyələşən, özünü xalqın dərdinə yanırmış kimi göstərən səhifələr mənim statuslarımdan dövlətə qarşı istifadə etməsin.

Sözünüz var, öz adınızdan yazın. Mənim statuslarım dövlətə qarşı deyil, əksinə, dövlətə yardımdır. İşini düzgün görməyən qurumlara irad bildirirəm ki, hər kəs xəbərdar olsun və məsələni yoluna qoysun.

Hər dəfə mənim statuslarımdan həngamə çıxarıb, başqa tərəflərə yozursunuz. "

BiG.AZ xəbər verir ki, bu sözləri sosial media hesabında müğənni Nura Suri paylaşıb. O, bəzi media nümayəndələrinə xəbərdarlıq edib!

Geri qayıt