Əsas Səhifə > Şou-biznes > "Pandemiya sağ olsun, öpüşmək qurtardı"
"Pandemiya sağ olsun, öpüşmək qurtardı"17-12-2020, 16:18 |
"Qohumlarda hamı koronavirusa yoluxdu. Bircə məndə və ailəmdə olmayıb". BiG.AZ xəbər verir ki, bu szöləri Əməkdar artist Yusif Mustafayev "7 canlı" proqramında qonaq olarkən deyib. Müğənni koronavirusdan qorunmasından bəhs edib. Mustafayev bildirib ki, pandemiyanın gətirdiyi bəzi qaydaları xoşlayıb: "Sükan etibarlı əllərdədir. Efirdən çıxan kimi maskamı taxıram, kənara getmirəm, birbaşa evə yollanıram. Dostlar zəng edir ki, oturaq çay içək. Deyirəm, sağlıq olsun. Evi dezinfeksiya etdirirəm. Evə çatanda ilk üstümü təmizləyir, əllərimi yuyuram. Pandemiyaya təşəkkür edirəm. Düzdür, ona təşəkkür düşmür. İnsanlar bir-biri ilə öpüşürdü, çatan kimi qucaqlaşırdılar. Artıq qurtardı. Elə ən yaxşısı indiki kimi yumruqla salamlaşmalı, uzaqdan salam-sağ ol etməkdir. İnşallah mənim ailəmdə olmasın". /Axşam.az Geri qayıt |