Əsas Səhifə > Şou-biznes > "Altı aydır xəstəyəm, müalicə olunsam da..."

"Altı aydır xəstəyəm, müalicə olunsam da..."


16-12-2020, 13:24
"Altı aydır xəstəyəm, müalicə olunsam da..."
Övladını itirdikdən sonra iki ildir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Əməkdar artist Zöhrə Abdullayevanın doğum günüdür.

Müğənni Moderator.az-a açıqlamasında övladından sonra yaşamadığını bildirib:

“Oğlumdan sonra nə doğum günü keçirəcəm ki? Həyatda yaşayıram ki, doğum günüm də olsun. Altı aydır xəstəyəm, müalicə olunsam da, hələ ki, heç bir irəliləyiş yoxdur. Danışmağa taqətim belə yoxdur”.

Sənətçi doğulduğu Şuşa rayonunun işğaldan azad edilməsinə isə hələ də inana bilmədiyini deyib:

“Ayağım Şuşa torpağına dəyməsə, doğma yurdumun işğaldan azad edildiyinə inanmaram”.

Geri qayıt