Əsas Səhifə > Şou-biznes > "Yəqin ki, haradasa boşluq buraxmışam"

"Yəqin ki, haradasa boşluq buraxmışam"


16-12-2020, 12:22
"Yəqin ki, haradasa boşluq buraxmışam"
Koronavirusa yoluxan aparıcı Afaq Gəncəli səhhəti barədə danışıb.

Musavat.com xəbər verir ki, aparıcı “10-da görüşək" proqramına telefonla bağlanıb. O, xəstəliyi ağır keçirdiyini bildirib:

"Müalicəm davam edir. Sağalmamışam. Özümü yaxşı hiss etmirəm. Bir gün yaxşı, bir gün pis oluram. Şükür ki, yataq xəstəsi deyiləm. Sümüklərim ağrıyır, hamıda hərarət artır, mənim hərarətim 34-35-ə düşür. Bir gün ancaq öskürdüm və boğuldum. Danışa bilmirdim, bir kəlmə deyəndə boğulurdum. Özümü çox qoruyurdum. Yəqin ki, haradasa boşluq buraxmışam. Nə zaman virusa yoluxduğumu bilmirəm. Belə başa düşürəm 10 gün daşıyıcı olmuşam. Çətin keçirirəm. Özümü təcrid etmişəm. İstəmərəm məndən kiməsə keçsin. Çox çətin xəstəlikdir, dillə başa salmaq olmur. Elə bil bütün dünyanın yükü sənin çiyinlərindədir. Qolunu qaldırmağa halın olmur".

Geri qayıt