Əsas Səhifə > Şou-biznes > "Körpə- körpə şəhidlərin şəklinə baxıb hey ağlayıram"
"Körpə- körpə şəhidlərin şəklinə baxıb hey ağlayıram"10-12-2020, 12:32 |
"Arxivi vərəqləyirdim birdən dünyamızın ən sakit, müharibəsiz, qadasız, bəlasız illərindən olan şəklim çıxdı qarşıma. Bu şəkil İraq səfərimdəndir və avtobusda gözəl rəqqasımız Xanlar Bəşirov tərəfindən çəkilmişdi. O illərdə də, düzünü deyim ki, varlı da, kasıb da var idi. Amma insanlar rahat, sakit həyat yaşayırdılar”. Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Sənətçi izləyiciləri ilə xatirələrini bölüşüb: “Analar, atalar ağlamırdı... Güləndə də, ürəkdən gülürdülər mənim kimi... O vaxt çox güləyən, həyatı sevən bir qız idim. Yanımdakılar hey deyərdi ki, ay qız, az gül... Mən indi heç kimə bu sözü demirəm. Qoyun kim nə qədər gülmək istəyirsə, gülsün. Birdən ömür vəfa etməz. Körpə- körpə şəhidlərin şəklinə baxıb hey ağlayıram. Axı onların ölümə təslim olan vaxtları deyildi. Canınızı bir göz qırpımında necə fəda edə bildiniz, ay balalar?! Bütün dərdlərin şahı şəhidlər. Yatdınız torpağa, canınıza, torpağımıza qarışan ruhunuza qurban olum. Səhifəmdə nə qədər şəhid ailələri var, hamınızın dərdinizə qurban olum". Geri qayıt |