Əsas Səhifə > Şou-biznes > "Bilmirəm niyə, amma əmin idim ki..."
"Bilmirəm niyə, amma əmin idim ki..."10-12-2020, 10:41 |
“Söz verirəm, ən qısa zamanda Azərbaycana gəlib, Şuşanı görəcəm. Oranı görmək üçün gələcəm". Yenisabah.az xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Serpil Tamur "ATV səhər" verlişinin virtual qonağı olarkəm deyib. Sənətçi Azərbaycanın qələbəsinə ürəkdən sevindiyini qeyd edib: “Bütün qəlbimlə sizin bu haqq savaşınızda qələbə çalacağınıza inanırdım. Həmişə deyirdim ki, bu hər birimiz üçün bir bayram olacaq və bu bayramı birlikdə qeyd edəcəyik. İndi o günü qələbə günü kimi qeyd edirik. İşğal altında olan topraqlarınızın azad olunmasına görə böyük sevinc hissi keçirdirəm. Heç bir ölkənin keçmişi dağıdıla, yaxud da yox edilə bilməz. Sizin həmin abidələri yenidən bərpa edib dirçəldəcəyinizə inanıram. Bilmirəm niyə, amma əmin idim ki, torpaqlar alınacaq və bizim olacaq” Geri qayıt |