Əsas Səhifə > Şou-biznes > Bakıda karantin qaydalarını pozaraq ad günü keçirən model cərimələnib

Bakıda karantin qaydalarını pozaraq ad günü keçirən model cərimələnib


5-12-2020, 10:13
Bakıda karantin qaydalarını pozaraq ad günü keçirən model cərimələnib
DİA.AZ: - Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi kecМ§irmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogÖrüntülər Bakı şəhər Baş Polis IМ‡darəsində araşdırılıb.

Daxili IМ‡şlər Nazirliyinin Mətbuat Xidmətindən DİA.AZ-a verilən məlumata gÖrə, Nərimanov RPIМ‡ əməkdaşları tərəfindən kecМ§irilən tədbirlərlə noyabrın 27-də paytaxtda yerləşən restoranların birində kecМ§irilən ad günü məclisinin təşkilatcМ§ısı Raziyyət Əliyeva, onun 3 rəfiqəsi və restoranın icarədarı müəyyən olunaraq, polis idarəsinə dəvət olunublar.

Onlar barəsində IМ‡nzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib. R.Əliyeva və rəfiqələri 200 manat, restoranın icarədarı 4000 manat cərimə ediliblər.

Bir daha diqqətə cМ§atdırırıq ki, daxili işlər orqanları tərəfindən Ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət olunur.

Bakıda karantin qaydalarını pozaraq ad günü keçirən model cərimələnib

Geri qayıt