Əsas Səhifə > Şou-biznes > "Koronavirusa yoluxan dostlarımız, tanışlarımız çoxalır"

"Koronavirusa yoluxan dostlarımız, tanışlarımız çoxalır"


3-12-2020, 12:24
"Koronavirusa yoluxan dostlarımız, tanışlarımız çoxalır"
"Əslində, depressiyaya düşən insan deyiləm. Amma indi bilmirik qarşıda bizi nə gözləyir. Ümidsizlik baş alıb gedir”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Roza Zəgərli mətbuata açıqlamasında deyib. O, koronavirusun sürətlə yayılmasından narahat olduğunu dilə gətirib:

“Koronavirusa yoluxan dostlarımız, tanışlarımız çoxalır. Gözəgörünməz düşmənlə mübarizə aparmaq çətindir. Bizim sənət adamları kimi borcumuzdur ki, yaradıcılığımızı aktual saxlayaq. Ona görə də çalışıram fotosessiyalarla, yeni mahnılar və kliplərlə tamaşaçılarıma nə isə təqdim edim. Bu dəfə də fotosessiyamla izləyicilərimin qarşısına çıxıram. Növbədə yeni mahnılar var".

Geri qayıt