Əsas Səhifə > Şou-biznes > "15,12,10, 8 minə toya gedirdilər"

"15,12,10, 8 minə toya gedirdilər"


2-12-2020, 16:32
"15,12,10, 8 minə toya gedirdilər"
"Faytonçu" ləqəbli tanınan müğənni Nazim Pişiyarı pulsuzluqdan əziyyət çəkdiyini bildirib. Lent.az xəbər verir ki, ifaçı bu barədə "MTV Azərbaycan"a açıqlamasında danışıb:

"Bizim qazancımız el şənliklərindəndir. Bu gün toylara qadağa qoyulub. Şoumuz axsayıb, biznes tərəfi yoxdur. Nəsə iş görəndə, kassa tərəfi lazım olurdu. Mahnı alanda, aranjiman edəndə, studiyada oxuyanda pul xərcləyirsən. Niyə gizlədim, pulum tükənib. Həmkarlarım da bu haqda danışır. Mən də susmuram, vəziyyətimiz olduqca çətinləşib. İnsanlardan xahiş edirəm, bizimlə nəvazişlə danışsınlar. Biz sənət adamları həssas biriyik. Tənqid edirsiz, amma təhqir olmaz. Bizə pis təsir edir".

Nazim sənət adamlarının toy qiymətlərindən də danışıb:

"Digər həmkarlarımın toy qiyməti kəllə-çarxda idi: 15,12,10, 8 minə toya gedirdilər. Mənim qiymətim 5 min idi. Sabah da 5 minə gedəcəm. 8 minə toya getmirdim ki, indi vəziyyəti düşünüb 5 min edim".

Geri qayıt