Əsas Səhifə > Şou-biznes > "Şuşaya bayraq sancan əsgərin barmağına brilyant üzük taxacağıq"

"Şuşaya bayraq sancan əsgərin barmağına brilyant üzük taxacağıq"


16-11-2020, 10:57
"Şuşaya bayraq sancan əsgərin barmağına brilyant üzük taxacağıq"
"Təməlli köçəcəm Şuşaya. Kim səsimi eşitmək, məni görmək istəsə, Şuşaya gəlsin. Orada Mədəniyyət Evində konsert verəcəm. Orada yaşayacam. Evim məsciddən aşağıdadır. Deyirlər, evim qalır. Çünki içində erməni yaşayırmış. İndi bilmirəm, çıxanda dağıdar, ya yox".

Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Avdullayeva "Ay Zaur" proqramında deyib. Müğənni bildirib ki, bundan sonrakı həyatını Şuşada yaşamaq istəyir.

"Gəlinimin anası deyir ki, Şuşaya bayrağımızı sancan əsgərə brilyant üzüyümü bağışlayacam. İndi biləcəyik, həmin əsgər kimdir, aparıb barmağına taxacayıq",- deyə Abdullayeva sözlərinə davam edib.

Geri qayıt