Əsas Səhifə > Şou-biznes > “Paşinyan tarixdə bambılı kimi qalacaq“

“Paşinyan tarixdə bambılı kimi qalacaq“


11-11-2020, 17:54
“Paşinyan tarixdə bambılı kimi qalacaq“
“Hamımız qürur duyuruq, hər kəsi təbrik edirəm. Möhtərəm Prezidentimizə, əsgərlərimizə, ordumuza təşəkkür edirəm, Allah hamısını qorusun. Canlarını bizə görə qurban verən, sinələrini gülləyə təslim edən şəhidlərimizə rəhmət diləyirəm. Onlar bizim üçün ömrümüz boyu unutmayacağımız tarix yazıblar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Gülyaz Məmmədova qələbə ilə bağlı sevincini bölüşərkən deyib.

Xanım sənətçi şəhidlərimizin ailəsinə başsağlığı verib, onların tarix yazdığını deyib:

“Dünən Paşinyanla bağlı bir xəbər oxuyub xeyli gülmüşəm, bir insan ki, deyə “kabinetimdən ətirlərimi oğurlayıblar” ondan nə ağıl gözləyirsiniz? Qarabağ hara, ətir hara? O bundan sonra ancaq bambılı kimi yada düşəcək. Düşük və bambılı biri kimi tarixə yazıldı. Dünən canlı yayıma tələsirdim, xeyli tıxacda qaldım. Həyatımda ilk dəfə idi ki, tıxacdan zövq alırdım. Hər kəs yollarda idi, qələbəni qeyd edirdi. Mən də düşüb onlara qoşulurdum, çoxu heç tanımırdı kiməm, hamıdan biri kimi onlarla qələbəni qeyd edirdim. İnanın, o bayraqlar, bağrışmalar necə möhtəşəm idi... Yasamaldan Xətaiyə addım-addım getmişəm, amma heç darıxmırdım. O gözəlliyi sözlə izah edə bilmirəm. Şəhid anaları bizi bağışlasın, bu bizim bayramımızdır. Biz bu qələbəni yaşamalı, düşmənə acıq verməli idik. Onların bayrağı ayaq altında, bizimki isə yüksəklərdə dalğalanırdı, çox qürurlu idi. Biz də səhnədə əsgər idik, bacardığımız qədər öz sahəmizdə ölkəmizə dəstək olurduq”.

Geri qayıt