Əsas Səhifə > Şou-biznes > "Geri qaytarılan hər bir kəndimiz, hər bir rayonumuz, hər bir şəhərimiz vacibdir"
"Geri qaytarılan hər bir kəndimiz, hər bir rayonumuz, hər bir şəhərimiz vacibdir"6-11-2020, 15:56 |
Əməkdar artist Lalə Məmmədova əsgərlərlə bağlı paylaşım edib. Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan sənətçi əsgərlərin çəkdiyi əziyyəti yerə vurmamağı məsləhət görüb: “Düşünməyin ki, asandır. Əsgərlərin çəkdiyi əziyyəti yerə vurmayın. Hər bir qarış torpaq üçün qanlarını tökürlər, canlarından keçirlər. Geri qaytarılan hər bir kəndimiz, hər bir rayonumuz, hər bir şəhərimiz vacibdir. Onlar tarixi torpaqlarımızı geri qaytarmaq üçün hər gün savaşırlar. Uşaqlarımızın gələcəkdə bizim çəkdiyimiz əziyyətləri çəkməmələri üçün vuruşurlar. Bizim 30 il tapdaq altında qalan qürurumuzu yüksəklərə qaldırırlar. Biz əsgərlərimizin borcunu heç vaxt ödəyə bilməyəcəyik. Bizə qalan yalnız onlara sonsuz inamımız və dəstəyimizdir. Qürur duyun onlarla, inanın onlara. Və heç vaxt onların həyatını təhlükəyə ata biləcək addımlar atmayın”. Geri qayıt |