Əsas Səhifə > Şou-biznes > "Amma bu hörməti ermənilər qanmadı, yerə vurdular"

"Amma bu hörməti ermənilər qanmadı, yerə vurdular"


6-11-2020, 12:53
"Amma bu hörməti ermənilər qanmadı, yerə vurdular"
“Düz 30 il gözlədik, Azərbaycan xalqı yalançılığı sevmir, sonunda cavablarını necə lazımdır verdik! Əvvəllər birlikdə yaşayırdıq, bir-birimizə hörmətlə, izzətlə davranırdıq. Amma bu hörməti ermənilər qanmadı, yerə vurdular”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) Şuşa ilə bağlı danışarkən deyib:

“Şuşa ilə bağlı arzularım çoxdur. Hazırda bütün Azərbaycanın arzusu Şuşa ilə bağlıdır. Bizim kəndimiz də Şuşaya yaxındır. Füzulinin Qoçəhmədli kəndindən Şuşaya meşəlik yolla 20 kilometrdir. Şuşanın mənzərəsi, təbiətinin gözəlliyi bütün dünyaya bəllidir. Allahın köməkliyi ilə ordumuz Şuşaya yaxınlaşır. Ermənilərdə ağıl olsaydı orada çıxıb gedərdilər. Prezidentimiz neçə dəfə onlara təklif etdi ki, danışıq yolu ilə torpaqlarımızı qaytarın. Beynəlxalq təşkilatlar da dəfələrlə gəldilər, yalandan nə isə edəcəklərini deyib getdilər, lakin etmədilər. Bu dəfə də atışmaya Ermənistan başladı, hətta atəşkəs elan ediləndən bir neçə saat sonra kəndlərimizi atəşə tutmağa başladılar. Neçə günahsız uşağımız dünyasını dəyişdi. Bu kişilikdir?!”

Xanəndə Azərbaycan Ordusunun düşmən təxribatını dəf etmək məqsədilə təşkil etdiyi əks-hücum barədə danışaraq qələbənin yaxında olduğunu bildirib:

“Koronavirusu Allah yer üzünə ermənilərə görə göndərdi. İşarə etdi ki, ay qanacaqsız, qonaqsansa qonaq yerini bil. Onlar qudurduğuna görə bu bəla başlarına gəldi. Biz bütün torpaqlarımızı azad edəcəyik. Ermənilər başa düşəcəklər ki, onlar həqiqətən qonaq imişlər. Nikol Paşinyan öz xalqını məhv elədi. Bizi istəməyənlər, onlara silah göndərənlər utanıb yerə girəcəklər. Onsuz da göndərdikləri silahları da qoyub qaçırlar. Sanki Allah bu milləti yer üzünə şeytan kimi göndərib, hara getsələr təxribat törədirlər”.

Geri qayıt